Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
25-11-2025 [17:04]
Mobil operatorun “Qadın Dəstək Xətti” xidməti artıq daha əlçatandır
Azercell 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində “Oflayn qadınlar” sosial layihəsini təqdim edir.
Mia.az-ın məlumatına görə, “Ümidli Gələcək” İctimai Birliyi ilə əməkdaşlıqda həyata keçirilən layihənin məqsədi bu qlobal problemə ictimai diqqəti artırmaq və zorakılığa məruz qalan qadınlara operativ yardım göstərməkdir.
Çətin həyat şəraitində yaşayan qadınların əksəriyyəti mövcud dəstək resursları və müraciət kanalları barədə kifayət qədər məlumata sahib olmur. Yeni istifadəyə verilən oflaynqadinlar.az platforması qadınlara şiddət, psixoloji, iqtisadi və digər zorakılıq hallarında Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə ətraflı və sistemli məlumat təqdim edir.
Platforma qadınlara öz hüquqları barədə etibarlı mənbələrdən məlumat əldə etmək, təqdim olunan videomateriallar vasitəsilə ilkin psixoloji və sosial dəstək imkanları ilə tanış olmaq, psixoloji testlərdən keçmək və onlara yardım göstərə biləcək müvafiq qurumlar haqqında dolğun informasiya əldə etmək imkanı verir.
Sayt anonimlik və təhlükəsizlik prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərir. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da yararlana bilərlər.
Fərdi dəstəyə ehtiyac olduğu halda qadınlar “Qadın Dəstək Xətti”nin 116111 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. Artıq üç ildir ki, Azercell-in dəstəyi və təşəbbüsü ilə fəaliyyət göstərən xidmət 24/7 rejimində müraciətləri qəbul edir. Bugünədək 11000-dən çox qadın xəttin xidmətlərindən yararlanıb. “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə olunan bu xidmət qadınlara operativ və kompleks psixososial yardım göstərir, zorakılıqla üzləşən qadınların reabilitasiyasına və cəmiyyətə reinteqrasiyasına dəstək olur. Bu istiqamətdə Dəstək Xətti icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur. Qeyd edək ki, Azercell abunəçiləri üçün qısa nömrəyə zənglər ödənişsizdir.
Qadınların sosial dəstək ekosisteminin genişləndirilməsi Azercell-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. “Oflayn qadınlar” layihəsi bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq ölkənin müxtəlif bölgələrində yaşayan qadınlara real dəstək göstərməyi və onların həyatında müsbət dəyişikliklərə töhfə verməyi hədəfləyir.
"Barselona"nın Baş məşqçisi: "Özümüzə güvənirik"
Türklər kimi prezident görmək istəyir? - SORĞU
Almaniyanın ölkəmizdəki səfiri "Veysəloğlu"nun Mərkəz ofisində "Rossmann"ı ziyarət etdi - FOTOLAR
Sabah Kəlbəcərə növbəti köç olacaq
CHP qurultaya hazırlaşır - Özgür Özel kimləri yola salacaq?
Şərqi Qüdsdə 50 fələstinli saxlanılıb
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zelenski ABŞ-a gedir:Trampla "sülh planı" müzakirə olunacaq - "Avropadakı tərəfdaşlarımızın dəstəyinə güvənirik"
Yeni icra başçısı sürücüsünü vəzifəyə təyin edib
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə üzvləri qandalladndı - Açıqlama
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Dəyişiklik
Emin Cəfərov UEFA-dan təyinat alıb
Ceyhun Bayramov Vatikanda - Görüş olub
Dövlət Vergi Xidmətində yeni idarələr yaradılıb
"Azəri" komandası yarışlardan kənarlaşdırılıb
Tofiq İsmayılovun oğluna 8 il iş verildi - Məhkəmə prosesi
“Manato” və “Azpulmat”ın qanunsuzluğu: telefonda olan məlumatlar təhlükədə! - AÇIQLAMLAR
“Napoli” – “Qarabağ” matçı təxirə salınacaq? - Açıqlama
“Rahat” marketdə bu dəfə də makarondan qurd çıxdı: ““Ankara” mannısı, “Favelli” un və indi də “Fiabesco”” - FOTO
“Bir qazi qızı, general nəvəsi və..." - Samirə Əfəndi "Mən bu hərəkətimə görə peşman deyiləm" dedi (VİDEO)
Sudanda vətəndaş müharibəsi dayandı: üç aylıq atəşkəs elan edildi - 4 ölkə araya girdi
İstanbulda casusluq əməliyyatı: BƏƏ-yə "işləyən" 3 nəfər saxlanılıb
Milli Məclisin növbəti iclası dekabrın 2-si keçiriləcək
Zabitlərin hərbi xidmət müddəti azaldıldı - Yeni qanun qəbul edildi
Daha bir vəkil Kollegiyadan xaric olunub
Sabah hava necə olacaq? - Proqnoz
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Deputatlar bu ölkələrlə ilə viza ləğvinə "hə" dedi - SİYAHI
Bakı və Abşeronda əməliyyat: saxlanılanlar var
Günay Zamanlı UEFA-nın tədbirinə qatılıb
Uçan kəhrizlər (Felyeton)
Rauf Arifoğlu sirləri açır: "Mən də çox ehtiyatlı davranıram" - "Onlar etibarsızdırlar, çoxlu siqaret çəkir və boş-boş, saatlarla danışırlar"
Prezident İlham Əliyev Jelko Komşiçə məktub göndərib - MƏTN
Günel Abdiyeva vəzifəsindən azad olunub
Milli Məclisin növbəti plenar iclası başlayıb
Azərbaycan nefti 67 dollara qalxdı
""AzDrama"nın baş rejissoru başqa qurum üçün çalışmalıdımı?" - Əməkdar artist nazirə səsləndi və... (SƏNƏD)
İkardi: "Mən sözümü ancaq meydanda qol atmaqla deyirəm"
Mərkəzi Bankın şöbə müdiri vəzifədən çıxdı - SOCAR-ın bankına görə