Bakıda sürücülərin əlbəyaxa davası... - VİDEO

img

11-09-2014 [12:58]


Ötən gün Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yol hərəkəti qaydasının pozulması dava-dalaşa səbəb olub. Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, işıqforun qırmızı işığına məhəl qoymayan 90 RA 428 dövlət nömrə nişanlı "Şaqman” yük maşını manevr edərkən 90 VD 049 nömrə nişanlı "Hunday” avtomobilinə toxunub.

Yük maşınının sürücüsü onunla toqquşan avtomobilin sürücüsünün xanım olduğunu görüb, qəza yerindən uzaqlaşmaq istəsə də, istəyinə nail ola bilməyib. "Şaqman” sürücüsünü təqib edən zərərçəkən tikinti aparılan ərazidə onu haqlayıb. 

Xanım sürücü özünə qarşı kobud rəftarı gördükdən sonra həyat yoldaşını və onun dostunu hadisə yerinə çağırıb. Tərəflər arasındakı mübahisə davaya qədər qalxıb. 

Mübahisə və davanı əks etdirən görüntüləri təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA