Uçan kəhrizlər (Felyeton)
25-11-2025 [11:30]
Əvvəllər, yəni rəhmətlik Mirzə Cəlil dönəmində ağlayan uşaqları ovundurub, başını aldatmaq üçün onlara ya çöçə (Naxçıvan dialektindəki kökə), ya da tapılsaydı konfet-şokolad alıb verərdilər ki, susub, böyükləri yormasınlar. Amma baxanda görürsən ki, guya nə dəyişib ki!?
İndi də hələ 3 yaşındakı uşaqlar əlində elə hey telefondu ki oynayırlar. Amma bundan da doymayan bu balacalara göydə uçan təyyarəni göstərib, sənə orada uçan kəhriz suyu alaram desəniz, - yəqin ki əvvəlcə inanıb, sonra da…
Sonrası da odur ki, indi nə zamandır ki, mən hələ sarı-qara məşrubatları demirəm, Azərbaycanın dünyaca məşhur mineral suları ola-ola bizim bu təyyarələrmizdə camaata kəhriz suyu verəsən!?
Bundan uşaqlar deyil, böyüklər də küsər, Naxçıvandan Bakıya piyada gedərlər. Qoy hələ Zəngəzur yolu açılsın! Naxçıvanlıların yadındadı, vaxt vardı, axşamüstü qatara oturub, Araz mənzərəli yolda yol yoldaşları ilə yeyib-içib, şirin söhbətlər edərək səhərüstü Bakıya çatar, axşamı yenə də Naxçıvana qayıdardıq. Cəmi 7 manata. Düzdür, o vaxt, o vaxt idi. Amma indi də hər şey yaxşıdır da. Azərbaycan qalıb dövlətdir. Min Şükür hər şeyimiz də var.
Bakıdan da Naxçıvana gündə 12 reys təyyarə üçür. Bileti də istəyirsən həmin gün, istəsən də 4 ay əvvəl üçün al, 60 manata. Yəni faiz-maiz, endirim-filan da yox. Amma insafən, əvvəllər uşağı ovundurmaq üçün təyarədəki gözəl geyimli saqqalsız əmilər gətirib keks, çay, qazlı-qazsız sular verirdilər. Mən şəxsən “İstisu”yun ilk dəfə iki il əvvəl təyyarədə, hava gəmisi Göyçə gölünün üzərindən uçarkən dadına baxdım. Şəhidlərmiz yadıma düşdü!
Amma bu payızdan, bilmirəm ya Xəzərin suyu azalır, ya da şirkətin pulu, nədirsə, birdən birə bunların hamısı yavaş-yavaş kəsildi, havadakı sərnişinlər qaldı 330 ml. qabdaki uçan "kəhriz"lərin ümidinə.

Olsun, artezian suyu olsa da o da bizimdir. Amma təyyarə də təyyarədir da. Bəs demirsən, mızmızı uşaqlar bir yana, bəlkə salonda xarici qonaqlar, hamının tanıdığı adamlar, ya da ilk dəfə uçanlar olar! Mən hələ jurnalistləri demirəm. Bizim jurnalistləri. Reklam və antireklam olmasın deyə kimsənin adını çəkməyən jurnalistəri...
“İstisu” fəxrmizdr!
Müəllif: Əli Cabbarov
MİA.AZ
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar