Vəhdət Partiyası qərar verdi - Politoloq Cümşüd Nuriyev partiyadan xaric olunub

img

21-11-2025 [15:54]


Vəhdət Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ilə politoloq Cümşüd Nuriyev Partiyadan xaric edilib.

Bu barədə Vəhdət Partiyasından məlumat verilib.

QƏRARDA DEYİLİR:

"Komissiyaya özünü Vəhdət Partiyaslnın sədr müşaviri kimi təqdim edən (onun bu vəzifədə olması barədə rəsmi sənəd görməmişik, lakin hesab edirik ki, Partiyamıza yeni daxil olmasaydı, onun bu vəzifəyə təyinatı da olmazdı) Cümşüd Nuriyevin 20.11.2025-ci il tarixdə sosial şəbəkədə VP Baş Məclisin sədri Tahir Kərimlini ağır şəkildə 
təhqir etməsi 
(material əlavə olunur) və ona görə məsuliyyətə cəlb olunması barədə Tahir Kərimlinin rəsmi müraciəti daxil olmuşdur.

MNTK bu müraciətə baxaraq, çıxışları dinləyərək, bu qənatə gəlir ki, həqiqətən Cümşüd Nuriyev Partiyanın BM sədrinə qarşı, onun simasında Partiyanı nüfuzdan salan, etikaya sığmayan və öz əməllərinə haqq qazandırmaq üçün 
Tahir Kərimlinin səs yazısını qəsdən mənfi yozmaqla
 ciddi Nizamnamə pozuntusuna yol vermişdir. Özü də bunu müraciətdən 12 gün sonra etməsi sifariş ovqatı doğurur.

MNTK yekdilliklə qərara gəlir ki, belə halda Partiyaya nə yollasa yeni qəbul olmuş Cümşüd Nuriyev dağıdıcı fəaliyyət göstərməklə Nizamnamənin 5.20-ci mad.1-ci hissəsində göstərilən əməli törətdiyindən Vəhdət Partiyasının üzvü ola bilməz.

Yuxarıda göstərilənləri və VP Nizamnaməsinin 5.21 mad.4-cü his.,5.23,5.24 və 12-ci mad.2,3,9,10-cu mad rəhbər tutaraq Vəhdət Partiyası MNTK-sı

Qərara alır:

1.Cümşüd Qurban oğlu Nuriyev Vəhdət Partiyasının üzvlüyündən xaric edilsin.

2.Qərar icra üçün VP Baş Məclisinə,məlumat üçün Partiya sədrinə göndərilsin.

3.Cümşüd Nuriyev əməlini Partiyadan kənar məkanda törətdiyi üçün qərar həmin məkanda dərc olunsun.

MNTK sədri Ehtibar Səmədov.

Katib Qərinə Balayeva.

21noyabr 2025-ci il".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA