16 ildən sonra Yevlax stadionunda ilk oyun və qalmaqal: azarkeşlər istefa dedi, məşqçi və futbolçulara butulka atdı (VİDEOLAR) - Yenilənib

img

21-11-2025 [15:53]


“Karvan-Yevlax” Futbol Klubu (FK) nəhayət, öz stadionuna geri dönüb.

Mia.az xəbər verir ki, bu gün klub builki mövsümdə ev oyununu ilk dəfə Yevlax şəhər stadionunda keçirir.

Klub “Kəpəz” FK-nı qəbul edir. 16 ildən sonra ilk dəfədi ki, Yevlax stadionunda Premyer Liqa oyunu keçirilir.

Saat 14.00-da başlayan  oyunda hesabı 14-cü dəqiqədə "Kəpəz" açsa da, ev sahibi 31-ci dəqiqədə hesaba tarazlıq gətirib.

77-ci dəqiqədə gəncəlilər penalti zərbəsiylə hesabda önə çıxıblar - 1:2

84-cü dəqiqədə "Karvan"çıların oyunun hakimi Rauf Cabbarovu 11 metrlik cərimə zərbəsi üçün inandırmağa cəhdləri boşa çıxdı. Cabbarov "Kəpəz"ə cərimə təyin etmədi.

Matç bu hesabla başa çatıb. Yevlax komandası öz meydanında 1-2 hesabıyla uduzub. 

Final fitindən dərhal sonra azarkeşlər Karvanın baş məşqçisi Azər Həşimovu istefaya səsləyib. Hətta  azarkeşlər öz komanda üzvləri və məşqçi heyətinin üzərinə butıka atıblar.

***

Xatırladaq ki, stadion bundan əvvəl təmirə dayanmış və ot örtüyü yenilənirdi. Misli Premyer Liqasının 12-ci turunun ilk oyunu əvvəlcə Şamaxı şəhər stadionu göstərilsə də, noyabrın 16-da ev oyununun yeri dəyişdirilib.

Düzdür, təmirdən sonra ot örtüyü təbii deyil. Lakin klub rəhbərliyi süni örtüyünü də FİFA tələblərinə uyğunlaşdırıb. Amma bununla belə, Premyer Liqa klublarının öt örtüyündən narazı olacağını düşünmək olar.

Eyni vəziyyət Şamaxı və Bakıda, Səbail stadionunda mövcuddu və baş məşqçilər bundan bir qayda olaraq, narazıdır. 

Yevlax klubu mövsümün ilk ev oyununu coşğu ilə qarşılamağa hazırlaşır.

Klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevin mia.az-ın əməkdaşına verdiyi məlumata görə, oyundan əvvəl stadionda azarkeşlərlə görüş və konsert proqramı nəzərdə tutulur. 

Stadiona insan axını və coşğu var. Xanımlar üçün ayrıca sektor nəzərdə tutulub. Staduion bu oyunu azarkeşlər üçün pulsuz edib.

Qeyd edək ki, “Karvan-Yevlax” builki mövsümə yaxşı başlamayıb. Komanda indiyədək 11 oyun keçirib, bunlardan ikisində heç-heçəyə razılaşıb, cəmi bir qalibiyyət qazanıb, səkkiz oyunu uduzub. “Kəpəz” isə keçirdiyi 11 oyundan cəmi birində qalib gəlib. Bu mövsümdə komandalar bir dəfə, avqustun 23-də qarşılaşıb.

“Kəpəz”in qonağı olan “Karvan-Yevlax” ev sahibini məğlub edib.

Zülfiyyə Mustafayeva
Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA