TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır
14-11-2025 [10:13]
Kamran ƏSƏDOV,
Təhsil eksperti
***
Əslində, bu gün müəllimlər arasında gedən müzakirələr bir həqiqəti çılpaq şəkildə ortaya çıxarır: islahatın mahiyyəti deyil, yalnız maaş maraqlandırır.
Təəssüf ki, 99 faiz müəllimin yazdıqlarında “şagird”, “keyfiyyət”, “nəticə”, “təhsil” sözləri belə keçmir. Hamının dərdi eynidir: “Maaş nə qədər olacaq?”. Amma eyni müəllimlər bir dəfə də soruşmur ki, “niyə bu ölkədə uşaqların 60 faizi oxuduğunu anlamır?”, “niyə 11-ci sinif buraxılışında on minlərlə uşaq 0–100 bal aralığında ilişib qalır?”, “niyə hər evde bir repititor əzabı yaşanır?”
Hələ sonra kimsə cəsarətlə deyir: “Sən Finlandiyanın maaşını verirsən?”
Bağışlayın, amma siz Finlandiyanın nəticəsini verirsinizmi?
Finlandiya, Estoniya, Sinqapur səviyyəsində göstəriciniz varmı?
Daha sərt desəm: nəticələrimiz bir çox Afrika ölkələrindən aşağıdır. Bunu maaş deyil, sistemli laqeydlik yaradıb.
Kənd məktəbləri ilə bağlı arqumentlərə gələk. Bir qisim müəllim yazır:
“İstilik yoxdur, kompüter yoxdur, otaq soyuqdur – əlavə iş necə görək?”
Bu sözlər doğrudur, amma arqument deyil. Bu, sadəcə illərlə yığılan problemlərin etirafıdır. Bütün bu çatışmazlıqların səbəbi elə əvvəlki sistem idi – “saat yığan” mexanizm regionların ehtiyacını görünməz edirdi. Yeni model isə ilk dəfə imkan verir ki, bu problemlər rəsmi şəkildə ölçülsün və resurs ədalətli bölünsün.
Əgər məktəbdə şərait pisdirsə, bunun günahı islahatda deyil. Günah köhnə sistemdə, “stavka” rejimində, “görünməz problemlər” siyasətindədir.
Və bir həqiqəti deməyin vaxtıdır:
Şərait düzəlsin, sonra islahat olaq — bu, məsuliyyətdən qaçmağın ən rahat formasıdır.
Məhz şərait düzəlsin deyə islahat lazımdır.
Əksinə deyil.
Dünya təcrübəsi ortadadır:
Finlandiyada, Estoniyada, Sinqapurda müəllim məktəbə bağlıdır, 18–24 saat dərs deyir, qalan vaxtını metodik hazırlıq və şagirdlə fərdi işə sərf edir. Buna görə nəticə yüksəkdir.
Bizdə isə müəllimin böyük hissəsi məktəbdə vaxt keçirmək yox, tez evə qaçıb repititorluq etmək istəyir. Valideynlərin pul yükünü, uşaqların əzabını düşünən yoxdur.
Bu gün təqdim edilən model nəyi dəyişir?
• Müəllim “saat yığan” yox, məsuliyyət daşıyan mütəxəssisə çevrilir.
• Əməkhaqqı sabit və yüksək olur.
• Məktəb real ehtiyacına görə vəsait alır.
• Şagirdin keyfiyyəti gündəliyin mərkəzinə qayıdır.
• Müəllim məktəbdə tək qalmaq yox, peşəkarlaşmaq üçün vaxt qazanır.
Bütün etirazların kökündə bir həqiqət dayanır: təhsil nəticəsi ilə üzləşmək istəməyənlər var.
İslahatı əngəlləmək istəyənlərin əksəriyyəti köhnə sistemin rahatlığını itirməkdən qorxur.
Ona görə də açıq deyirəm:
Bu islahat müəllimə qarşı deyil. Əksinə, müəllimin nüfuzunu, maaşını, sosial təminatını yüksək səviyyəyə qaldırmaq üçün ən doğru addımdır.
Əgər biz dəyişmək istəmiriksə, təhsil də, nəticə də dəyişməyəcək. Maaş artımı da bir müddət sonra heç bir təsir göstərməyəcək.
Bu dəfə Nazirlik çox ciddi və cəsarətli bir yola çıxıb.
Və bu yolun qarşısını kimin və niyə kəsmək istədiyi artıq çox aydın görünür.
P.S.Yazı müəllifin Feysbuk hesabından götürülüb!
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub