İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
12-11-2025 [12:48]
Prezident İlham Əliyev "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları,
Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.
Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.
Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.
Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.
Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.
Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb
ABŞ-ın döyüş təyyərələri Venesuelanı təhdid edib
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
TRAMPIN ŞƏKLİ OLAN YENİ PUL VAHİDİ - Senatorlar ayağa qalxdı (FOTO)
FHN-dən əhaliyə xəbıərdarlıq - Yağışla bağlı
"Qalatasaray"ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"
Heydər Əliyev Fondu Türkmənistanda anlaşma memorandumu imzalayıb
Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" forumu keçirilir
Axtarışda olan azərbaycanlı Almaniyada tutulub
Azərbaycan nefti ucuzlaşdı
Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağda qar yağır
CHP-nin keçmiş təşkilat sədri tutulub - Rüşvət ittihamı ilə
Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB
Zelenski Romadan Trampa mesaj verdi: "Seçkiyə həmişə hazıram"
Qarsda qar yağır - 17 kəndin yolu bağlanıb
Məşhur futbolçunu şantaj edən qadın həbs edildi - Təfərrüat
Türkiyədə məşhur jurnalistlər saxlanıldı - Narkotik ittihamı ilə
Qubada 3.3 bal gücündə zəlzələ olub
Çempionlar Liqası: "Bavariya" 12 dəqiqəyə 3 qol vuraraq qalib gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azercell Kinon tətbiqini süni intellektlə gücləndirib
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - 7 nəfər həlak olub
Deputat Əli Abbasovun mandatına xitam verilir
"Cimbom" radarına 27 yaşlı müdafiəçini alıb
İngiltərə millisinin hücumçusu həbs edilib
Leyla Əliyeva Türkmənistanda - Avaza filialının açılışı olub
"Eskişehirspor" yarımmüdafiəçi transfer edib
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatıb