"Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb" - VİDEO

img

06-11-2025 [22:22]


Xəbər verdiyimiz kimi, Şamaxıda Gültəkin Tağıyeva adlı qadın odlu silahla qətlə yetirilib.

Qətldə qadının həyat yoldaşı Pərviz Tağıyev şübhəli bilinir.

G.Tağıyevanın babası bildirib ki, nəvəsi iki ay əvvəl ailə qurubmuş: “Qız zəng edib ki, döyüb-öldürür məni. Gedib uşağı götürüb gəlmişik. Əşyalarını dünən götürüb gəlib. Bu gün səhər anası qapını bağlıyıb gedib. Uşaq yatdığı yerdə gəlib daraqda 8 patron olub, 5 dənəsini boşaldıb. Belə Allahsızlıq, müsibət olmaz. İki ayın gəlini idi”.

O da bildirilib ki, cütlük dayıqızı- bibioğlu imiş.

DİN-dən bildirilib ki, rayon sakini P.Tağıyev əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət edib, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunub. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Ətraflı “Baku TV”nin videomaterialında:

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA