Türkiyədə bu rayon "Fəlakət bölgəsi" elan olundu - Əhali köçürülür

img

05-11-2025 [18:02]


27 oktyabrda baş verən 6,1 bal gücündə zəlzələdən sonra çoxsaylı afterşokların olduğu Türkiyənin Balıkəsir şəhərinin Sındırgı rayonu "Fəlakət bölgəsi" elan edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə uzun araşdırmadan sonra AFAD qərar verib.

Qərara əsasən, Sındırgı rayonunda indiyədək 22.616 çoxmərtəbəli binada yoxlama aparılıb və nəticə arzuolunmaz sayılıb.

Araşdırma ilə o da bəlli olub ki, bu rayondakı evlərin çoxu vaxtilə bataqlıq göl olmuş, sonradan qurudlmuş ərazilərdə tikilib. Bunun fəsadı isə indi daha qabarıq meydana çıxmağa başlayıb. 

Prezident Ərdoğanın lideri olduğu AK Partiyasının sədr müavini, Balıkəsirdən deputat  Belgin Uyğur Sındırgının fəlakət bölgəsi elan edildiyini və bu qərardan sonra rayonun böyük hissəsinin boşaldılacağını təsdiqləyib.

Deputat bildirib ki, bu məqsədlə maliyyə qaynaqları yaradılmaqdadır.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA