Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb - AÇIQLAMA 

img

05-11-2025 [17:31]


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 5-də Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev  sosial media hesabında yazıb.

Paylaşımda deyilir: "Bu gün Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə strateji tərəfdaşlıq ruhunda məhsuldar görüş keçirdim. Görüş zamanı əlaqələrimizi genişləndirmək və dərinləşdirmək məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələr apardıq. Həmçinin, buaxşamkı oyunda "Qarabağ" və "Çelsi" komandalarına uğurlar arzuladım!".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:40 05.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA