Gürcüstanda hakimiyyət böhranı yarandı - prezident və baş nazir üz-üzə gəldi

img

09-09-2014 [12:27]


Gürcüstan XİN-i hesab edir ki, Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 69-cu sessiyasında ölkəni bir – baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etməlidir.

Bu barədə Azvision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

XİN Gürcüstan prezidenti Marqvelaşvilinin sessiyaya ayrıca nümayəndə heyəti ilə qatılmaq qərarının düzgün olmadığını bildirib.

Xarici işlər nazirinin birinci müavini David Zalkaliani vurğulayıb ki, sessiyaya iki nümayəndə heyətinin getməsi "Gürcüstanın imicinə ciddi zərbə vuracaq”

"Belə bir tədbirdə bir ölkənin iki yüksək rəhbər tərəfindən təmsil olunmasına dair tarixdə bir nümunə yoxdur” – deyə, Zalkaliani əlavə edib.

BMT Baş Assambleyasının 69-cu sessiyası 21-30 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. Hazırda Gürcüstan XİN-i prezident və baş nazir arasında yarana bu qalmaqalı aradan qaldırmağa çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA