Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub - Qulu AĞSƏS YAZIR
 
                31-10-2025 [18:27]
Bu günlərdə Əli Bağışın “Altı və Sıfır” adlı kitabı nəşr olunub.
Mia.az-ın məlumatına görə, “Mücrü” nəşriyyatında işıq üzü görən kitabın “Ön söz” müəllifi “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsdir.
4 bölümdən - “Kəlamlar”, “Publisistika”, “Nəsr” və “Şeirlər”dən ibarət olan kitabın naşiri Müşfiq Xan, redaktoru Hicran Hüseynova, korrektoru Şəfa Vəlidir.
Oxucular “Altı və Sıfır”da Əli Bağışın milli və dünyəvi hadisələrə-keçmiş, indi və gələcək hadisələrə idraki yanaşmasının şahidi olacaq, olmuşlara, olanlara və olacaqlara onun baxış bucağından baxa biləcəklər.
****
Qulu AĞSƏS YAZIR: “ALTI VƏ SIFIR”DAN SONRAKI EXTRA TİME (Əli Bağışın kitabına Ön söz olsun)
Hasarın üzərində yazılıb: “Narahatlığa görə üzr istəyirik”.
Altından da yad dildə: “Sorry for the inconvenience”.
Yapon yazıçısı Yasunari Kavabata deyirdi: “Fərqli dillərin yaranması bir qəbilənin digər qəbilədən öz sirlərini qorumaq istəyi ilə əlaqədardı”.
Hasarın üzərindəki elanda bir dil başqa dilə sirrini açır.
İkinci dili köməyə çağıran birinci dil hasarı ö üzə özü təkbaşına aşa bilmir.
Dünyasa hasarın o üzündədi. Və beləcə biz dünyaya çıxa bilmirik.
Fransız Jül Renarın remarkası: “Fransada oxucusunu tapmayan yazarlar özlərini sakitləşdirmək istəyəndə deyirlər ki, onları Almaniyada oxuyurlar...”
Bu yerdə Əli Bağışdan zəng gəlir.
İkimiz də eyni anda sözə başlayır, bərabər susuruq.
Xalq artisti Yalçın Adıgözəlovla bir məclisdəydik. Ağız deyəni qulaq eşitmirdi. Yalçın bəy cibindən bir siqar çıxardı. Hamı susdu. Elə bildik, əlindəki dirijor çubuğudu.
Əli Bağış mübahisəni sevir və həmişə haqlı çıxır. Onun “dirijor çubuğu” ayrıdı. Davanın şirin yerində votsapa bir “məcun” şəkli yollayır: “Sən heç bundan içmisən ömründə?”
Mən də ona “qədəhaltı” göndərirəm:
Nə xoş sabahdı,
saatıma qonan qar dənəciyi
dondurmaq istəyir vaxtı...
İkimizin də kefi durulur. Ayılıb görürük ki, bir kitablıq yazışmalarımız qalıb. Deyirəm, gəl belə eləyək, “Kəlamlar”ını ayrı bir qovluğa topla, at mənə.
O, uşaq təəccübüylə:
“Kəlam nəyə deyirsən?”
Mən redaktor inadıyla: “Haqlıyamsa, yanımda deyilsənsə, lənət olsun sənə, haqsızamsa, yanımdasansa, lənət olsun mənə”.
Görür ki, vəziyyət nəzarətdən çıxır, sabahacan möhlət umur və bir gün sonra növbəti sifariş alır: “Publisistikanı da poçtuma at!” Onu da göndərəndən sonra videozəng vurub ürəyimi üzümdən oxumaq istəyir. Yəni sənin fikrin nədi?
Stanislav Kurilovu köməyə çağırıram. 14 dekabr 1974-cü ildə sovet gəmisindən okeana atılan, 3 günə 100 km məsafə üzən “fövqəladəm”i.
Jurnalistlər ondan soruşanda ki, “bəs, okeandakı heyvanlardan qorxmadınız?”, nə desə yaxşıdı:
– Bir neçə saatdan sonra, elə bildim, mən də akulayam, delfinəm, balinayam...
Hiss edirəm, Əli Bağış onun yaradıcılığını izləməyimdən məmnun qalıb. Səhəri gün poçtumda təzə hekayə görürəm: “Dörd tabut” müharibədən yazılıb. Qarabağ savaşından. Onu çoxdan bir yol oxumuşdum. Yenə də hiss-həyəcanla gözdən keçirirəm.
Pəncərəni açıram ki, başımın tüstüsü evə dolmasın.
Bəni-Adəmin beş duyğu hissi var.
Yaradıcıların altı – intuisiya.
Bir hiss də var: məsuliyyət hissi.
Əli Bağış “Dörd tabut”un altına o hisslə girib.
Məsuliyyət hissiylə.
Qarabağ müharibəsindən çox hekayə yazılıb: Azərbaycanın və Ermənistanın gözü ilə.
Əli Bağış bu müharibəyə “üçüncü” ölkədən baxıb.
Məncə, müharibə Tanrının dünyanı insanın idarəsinə buraxdığı məqamdı.
Hə, insan, buyur görək, sən neynirsən?
İnsan bir-birini qanına batırıb.
Bu yaxınlarda məşhur kəşfiyyatçı Xanı minaya düşüb şəhid oldu. Savaş üçün doğulanların missiyası bitdi. 
“Dörd tabut”un epiloquna inanaq:
“Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pıçıldadı:
– Siz türklərdə su aydınlıqdı. Bəlkə heç bir-birlərini öldürmədilər...”
Bu hekayədən sonra Əli Bağışın şeirlərinə bir də baxasıydım. Ehtiyac duymadım. Kitabdan oxuyaram.
Əli Bağışın yaxşı hesab verməyi var. Yazdıqları da hesabdı. Amma bu dəfə “çölə” yox, “içəri” verdiyi hesab...
P.S. Həmişə çalışıb ki, dostlarının başını uca eləsin. 60 yaşında ənənəni pozmaq istəyir: hamı başını aşağı salsın və bu kitabı oxusun...
P.P.S. “Altı və Sıfır” dörd fəsildi. “Kəlamlar” – yaz, “Publisistika” – yay, “Nəsr” – payızdı. “Şeirlər”sə... qış deyil...
4 oktyabr 2025
MİA.AZ
 
                            Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Media əhlindən Zəfər bayramına hazırlıq - "Jurnalistlərin Binası" bayrağımızı əks etdirən rənglərlə işıqlandırılıb (FOTO)
Çexiyalı məşqçi istefaya göndərildi - Yerinə türk gətirildi
Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib
Türkiyənin "Togg" Almaniya bazarında - FOTO
DTX-nin saxladığı icra başçısı haqqında qərar verildi
“İmişli” - “Qarabağ” oyununda 2 qol var - VİDEO (Yenilənib)
XİN, Müdafiə Nazirliyi... - Dövlət mülkiyyətində olan avtomobillər satışa çıxarıldı
"Bakcell"in meqa lotereyasında daha bir avtomobil qalibi məlum oldu!
Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib
“Qarabağ” Futbol Klubu mia.az saytının sualını nəzərə aldı - “Çelsi” ilə oyundan öncə komanda yol yorğunu olmadı (VİDEO)
Noyabrda hava necə olacaq? - Aylıq proqnoz
Kamal Umudlu bu oyuna baş hakimi təyin olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Hikmət Hacıyev: "Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək"
Suriya Prezidenti bahalı maşınlar alan məmurlara qəzəbləndi: "Bu qədərmi tez başınızı itirdiniz?"
Milli Məclis bəyanat verdi - MƏTN
İstanbulda kuryoz olay: boynuna it xaltası bağlanan və diz üstə yeriyən qadın və.... - FOTOLAR
2026-cı il dövlət büdcəsi layihəsi parlamentə göndərildi
"Bu şəxslər "söyüş blogerlər" deyil, onlar terror şəbəkəsidir" - Zahid Orucdan sərt açıqlama
Karib dənizində güclü qasırğa - "Melissa" iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var
“CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi - FOTOLAR
Vəkillər Kollegiyası sədri ömürlük seçiləcək? - Yeni qanun
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
"Bu gün məni özünə rəqib görən və..." - Şəbnəm Tovuzlu
Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb - MHP liderinin rəsmi mərasimə qatılmaması... (ŞƏRH)
Abdin Fərzəliyev, Nurlan Həsənov və... - Nərimanovdakı məşhur "Park Fore" restoranına kimlər toplaşır? + FOTOLAR
İsrail Qəzzanı yenə vurdu - Ölənlər var
7 klub cəzalandırıldı - Oxşar səbəblərə görə
Şəhid Teymur Allahverdiyev dəfn olunub
Fariz Babayev vəzifəsindən niyə azad olunub? - "Səbəbi sirr deyil, amma açıqlamaq da istəmirəm" (YENİLƏNİB)
"İnsan alverçisi" bu dəfə 27 kq narkotik vasitə ilə tutulub
Axtarışda olan İmişli sakini Gürcüstanda tutulub
Sabah hava necə olacaq? - Proqnoz
Elçin Ağamalı: "Partiyanın buraxılması gündəmdə deyil" - "Fəzail müəllimə bu barədə heç nə deməmişəm"
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb
Şəhid Mikayıl Əliyev dəfn olunub
Deputat nazirliyi qınadı - Məktəb direktorlarının təyinatı ilə bağlı
"İpoteka haqqında" qanuna dəyişiklik - Nələr olacaq?
Cinayət Məcəlləsinə dəyişiklik oldu - Onlar cəzalanacaq + Detallar