Luçano Spalletti: "Hər kəs  "Yuventus"da olmaq istəyər"

img

29-10-2025 [14:46]


İtaliyalı məşhur baş məşqçi Luçano Spalletti "Yuventus"un sükanı arxasına keçəcəyi haqqında xəbərlərə münasibət bildirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İqor Tudorun komandadan ayrılmasından sonra "Yuventus"dan təklif almadığını deyib.

Luçano Spalletti qeyd edib ki, adı bu posta hallansa da, onunla təmasa keçən olmayıb: "Hələ ki, İtaliyada heç bir klubla danışığım olmayıb, amma istəyən hər kəslə danışıqlara açığım. Çünki yenidən bacarığımı sübut etmək əzmindəyəm".

Spaletti "Yuventus"dan ayrılan xorvatiyalı həmkarı İqor Tudor haqqında da danışıb: "Onun hazırda özünü necə hiss etdiyini dəqiq bilirəm. O, əla insandır; mən onu yaxşı tanıyıram. Əlbəttə, aydındır ki, "Yuventus" möhtəşəm tarixə malik bir klubdur. Düşünürəm ki, hər kəs bu kluba olmaq istəyər, o cümlədən mən də..."

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA