PREZİDENT BU NAZİRLİYƏ ƏLAVƏ SƏLAHİYYƏT VERDİ - Sərəncam

img

29-10-2025 [13:28]


Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.

Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA