Nurlan Həsənovla bağlı iddialar kimləri və niyə həyəcanlandırıb?

img

29-10-2025 [11:35]


Bir neçə gün əvvəl bir çox saytlarda  PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovla adı biznes və şəxsi dostluq əlaqələrində hallanan vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, indisə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovla bağlı iddialar onu və ətrafını qorxuya salıb.

Mia.az-ın məlumatına görə, dünən yayılan 2 milyardlıq mülklərin siyahısından sonra bir çox saytlar, hətta hazırda PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin qeyri-rəsmi nəzarətində olan saytlarda "özfəaliyyət yazılar" - yəni, "şəxsi münasibətlər"ə söykənən tərifli yazılar peyda olmağa başlayıb.

Həmin yazılarda Nurlan Həsənov ilahiləşdirilib, onun Ramiz Mehdiyev-Əli Həsənov cülüyündən kənarda tutilması üçün canyananlıq edilib. Hətta ehdiyev-Həsənov buruluğanından onu uzaq tutmaq üçün əmisi, sabiq deputat, "Şərurlu polkovnik" kimi tanınan Alllahverdi Həsənov faktoru da qabardılıb.

Maraqlıdır, burada Allahverdi Həsənovluq nə var ki? Hə, bir də görəsən, böyük sərvətə və ciddi media əlaqələrinə sahiblənmiş N.Həsənov sonuncu dəfə nə vaxt həmin əmisi və oğlanları ilə nə vaxt görüşüb?

Son olaraq, N.Həsənovun mediadakı "budaqları"nı həyəcanlandıran yazıyla buradan tanış ola bilərsiniz:

https://mia.az/w1091113/ramiz-mehdiyev-ve-eli-hesenovla-adi-hallanan-nurlan-hesenov-o-kimdir-o-qeder-mulkleri-ortaya-cixdi-kisiyahi-2025-10-29-003620

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA