"Beşiktaş" - "Fənərbağça" derbisinin biletləri neçəyə satışa çıxdı? - QİYMƏTLƏR

img

28-10-2025 [23:14]


Bu bazar günü oynanılacaq "Beşiktaş" - "Fənərbağça" derbisinin biletləri satışa çıxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2 noyabr Bakı vaxtı ilə saat 21:00-da Tüpraş stadionunda keçiriləcək derbi matçının biletləri sabah saat 11:00-da açıq satışda olacaq. 

Məlumata görə, biletlərin qiyməti 2250 lirədən (90 manat) 50.000 (təxminən 2000 manat) lirəyə qədər dəyişəcək. 

Xəbərdə deyilir ki, 50.000 lirəlik bilet alan azarkeşlər matçdan sonra oyunçuların imzası olan "Beşiktaş" formasını alacaqlar.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA