Ruslar yenə Nazarbayevin qarşısından geri çəkildi - Açıqlama

img

08-09-2014 [18:57]


"Putin Qazaxıstanı təhqir etməyib”.

 

Qazaxıstanın Nur.kz saytı xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Astanadakı səfiri Mixail Boçarnikov çıxış edib.

 

O, Putinin çıxışının mətbuat tərəfindən yozulduğunu bildirib:

 

"Putinin Seliqerdə çıxışı və Nursultan Nazarbayevin verdiyi intervü ətrafında təəssüf ki, qəsdən KİV tərəfindən ajiotaj yaradılıb. Putin öz çıxışında Qazaxıstanın dövlətçiliyinin inkar etmək fikrində olmayıb. O, əksinə Nursultan Abaşiveç haqqında çox komplimentar danışıb və bununla da demək istəyib ki, Sovet İttifaqının dağılmasından sonra Qazaxıstan kimi respublika birinci dəfə yaradılıb”.

 

Qeyd edək ki, Putin bir müddət öncə çıxışında Qazaxıstan dövlətçiliyinə şübhə ilə yanaşmışdı.


axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA