Türklər Monteneqroda dava saldı, ölkə vizaları dayandırdı - Rəsmi Ankara "prosesi diqqətlə izləyirik" mesajı verdi

img

27-10-2025 [15:20]


Türkiyə Xarici İşlər Nazirliyi Monteneqrodakı türk əsilli şəxslərin bıçaqlı davaya qarışmasından sonra baş verənlərui diqqətlə izləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, Monteneqrodakı hadisələrdən sonra Podqoritsadakı hakimiyyət orqanları ilə əlaqə və koordinasiya yaradılıb: "Demək oalr ki, fasiləsiz təmaslar davam etdirilir".

XİN-dən qeyd edilib ki, Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb: "Monteneqroda yaşanan hadisədən təəssüf edirik. Prosesi çox diqqətlə izləyirik"

Xatırladaq ki, Podqoritsa şəhərində Türkiyə vətəndaşlarının qatıldığı bıçaqlaşma hadisəsi baş verib.

Bleə ki, Monteneqroda bir nəfərin türk tərəfindən bıçaqlanmasından sonra 45 Türkiyə vətəndaşı saxlanılıb, daha sonra isə Türkiyə vətəndaşlarına məxsus mağazalar yandırılıb.

Həmin hadisədən sonra Monteneqro Baş naziri Milojko Spajic Türkiyə vətəndaşları üçün vizasız səyahəti qadağan edib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA