Maşın arı qutularına çırpıldı - Qəzəbli arılar iki nəfəri öldürdü

img

27-10-2025 [09:24]


Braziliyada 54 yaşlı bir qadın kənd yolunda idarəetməsini itirərək sürdüyüy "pikapı" arı pətəyinə çırpıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə  Rio Qrande-du-Sul bölgəsində olub.

54 yaşlı Silvana da Fatima Braqansa da Luz qəzadan sonra maına sıxılıb qalıb. Hadis evə ayxın olduğundan səsə 79 yaşlı atası hadisə yerinə qaçaraq gəlib. Lakin onun maşında sıxılmış vəziyyətdə qalan qızını qurtarmaq cəhdi fayda verməyib: "Əksinə, atası, 79 yaşlı Raul Portela da Luz minlərlə qəzəbli arının hücumuna məruz qalıb. Nəticədə o da ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatın xilas etmək mümkün olmayıb".

Xəstəxanadan bildirilib ki, ata və qızının ölüm səbəbləri arılar olub: "Qızı da qəzadan sonra minlərlə arı tərəfindən sancılıb...".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA