"Mənə yaxın icra başçıları yaxınlaşıb deyirdilər ki..." - Məşhur YAP-çı Ramiz Mehdiyevlə bağlı yeni faktları sadaladı
24-10-2025 [09:25]
Naftalanın jeçmiş icra başçısı, sabiq deputat, YAP-ın məşhur funksioneri Musa Musayev "Dövlətə xəyanət", "Hakimiyyəti zorla ələ keçirmək" və digər cinayətdə ittiham olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin haqqında növbəti maraqı fakt açıqlayıb.
Mia.az xəbər verir ki, o, feysbuk hesabında aşağıdakı tarixi hadisələri qələmə alıb:
"Bir məsələni sizlərlə bölüşmək istəyirəm.
2006 - 2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı olduğum dövrdə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ildə bir dəfə bütün şəhər və rayon İcra Hakimiyyətinin başçılarını toplayıb tədbirlər keçirirdi. Tədbirlərdə gündəlikdə olan məsələlərlə bağlı məsul şəxslər danışdıqdan sonra Ramiz Mehdiyev zala müraciət edirdi ki, kimin sözü var?
Yalnız hər tədbirdə mən əlimi qaldırıb çıxış edirdim və Naftalandakı problemləri deyirdim (O dövürdə işləyən icra başçıları və PA-nın işçiləri bunun şahidi olub).
Tədbirdən sonra mənə yaxın başçılar yaxınlaşıb deyirdilər ki, sən Ramiz müəllimin qarşısında çıxış etdiyinə görə qorxmursan?
Cavab verirdim ki, mən niyə qorxmalıyam ki? "Bəlkə sizin probleminiz yoxdur, Naftalanda isə problemlər var: ərazi problemi, qaçqınların problemi, Sanatoriyaların problemi və sairə. Ona görədə imkan yaranıb və mən onları deməliyəm".
2009-cu ilin Dekabrın 15-də Bələdiyyə seçkiləri qabağı bütün rayon və şəhər İcra Hakimiyyətinin başçıları PA-na toplanmışdılar. Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda YAP-ın icra katibi və müavinləri, MSK-sədri və katibləri, PA-nın bütün şöbə müdirləri toplantıda iştirak edirdilər.
Proqram üzrə çıxışlar qurtardıqdan sonra Ramiz Mehdiyev üzünü mənə tutaraq bilirdiki, məndən başqa heç kim cürət edib danışa bilməz və soruşdu: kimin sözü var?
Mən ayağa qalxdım, bildirdim ki, Naftalanda Bələdiyyə seçkiləri baş tutmayacaq. Səbəblərini açıqladım. Dairə Seçki Komissiyasındakı qanun pozuntusunu, YAP Naftalan təşkilatındakı daxili problemi və PA tərəfindən mənə olan təzyiqi vurğuladım.
Nəhayət, dekarın 23-də Bələdiyyə seçkiləri keçirildi və mən deyənlər öz təsdiqini tapdı. Aidiyyatı qurumlar öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, o cümlədən PA-nın məsul şəxsləri - Ramiz Mehdiyev başda olmaqla MSK-na və DSK-na təzyiq edərək Bələdiyyə seçkisini Naftalanda ləğv etdirdilər. Bununla da Ramiz Mehdiyev məndən ikinci qisasını aldı (Birinci hər kəsə bəllidir, 2005-ci ilin noyabrındakı Parlament seçkisi, Binəqədi 8 saylı Dairə - Elşad Abdullayevin rəhmətlik Sevinclə "otverka" məsələsi).
Çoxları üçün maraqlıdır ki, Naftalanda Bələdiyyə seçkiləri niyə ləğv olundu?
Bu da cavab! Çox şeyləri demək istəmirəm, səbəb bəlli!".
Samir Musayev
MİA.AZ
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?