"Evini 500 manata kirayəyə verən 166 manat vergi ödəyəcək" - İqtisaçıdan şərh

img

23-10-2025 [22:50]


"Bu gün yayılan xəbərlərdən biri də odur ki, gələn ildən mənzilini kirayə verənlər ödəmə mənbəyində 10 faiz vergi ödəyəcəklər. Amma ödəmə yalnız bununla bitmir. Əgər kirayəyə götürən, qeyri-sahibkarlıq subyekti oacaqsa, bu halda Vergi Məcəlləsinin tələblərinə görə kirayəyə verən vergi ödəyicisi kimi özü uçota durmalı, ödəmə mənbəyində vergini tutub ödəməlidir".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

Onun sözərinə görə, əgər vergi ödəyicisi kimi uçot olacaqsa, bu, avtomatik olaraq sosial və tibbi sığorta öhdəliyi də yaradacaq: "Məsələn, Bakıda mənzilini aylıq 500 manata kirayəyə verən şəxs 50 manat gəlir vergi ödəyəcəksə, indiki dərəcələrlə 100 manat sosial, 16 manat isə tibbi sığorta ödəməli olacaq. Yəni 500 manat kirayə haqqı üçün 166 manat və ya 30%-lik vergi yükü".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA