“AMAY”-ın rəhbəri Abdulla Abdullayevin həbs müddəti uzadılıb

img

08-09-2014 [13:52]


"AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu barədə APA-ya məlumat verən A. Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.
Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA