"Fənərbağça"nın baş məşqçisi iki futbolçuya xəbərdarlıq etdi: "Ya özünüzü düzəldin, ya da..."

img

22-10-2025 [15:55]


"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko komandada "dəmir intizam" yaratmaqda qərarlı görünür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, son aylar zəif oyunu ilə seçilən komandanın əsas oyunçularından Fred və Mert Müldürə sərt xəbərdarlıq edib.

Məlumata görə, Mourinyonun dönəmində dainm əsas heyətdə olan bu iki futbolçuya "ya çox çalışıb performansı artıracaqsınız, ya da əvəzedici siyahıda belə olmayacaqsınız", - deyib.

Xəbərdə deyilir ki, italiyalı mütəxəssis zəif oyunlarına görə artıq hər iki oyunçunu 11-liyı daxil etmək ehtimalını belə düşünmür.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA