Rusiya Qərbi hədələdi

img

08-09-2014 [12:48]


"Əgər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunsa, Rusiya bu sanksiyalara cavab verməli olacaq. Cavab olaraq Rusiya hava məkanında uçuşların məhdudlaşdırılması da mümkündür".

Anspress-in məlumatına əsasən, bu sözləri Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev "Vedomosti” qəzetinə müsahibəsində bildirib.

Dmitri Medvedev vurğulayıb ki, Rusiya artıq Asiya-Sakit okean regionunda Qərb hava yolları üçün öz hava məkanını bağlamağı nəzərdən keçirir.

"Əgər bizə məhdudiyyətlər qoysalar, biz də cavab verməli olacağıq. Qərb aviaşirkətlərinin bizim hava məkanımızdan istifadə edə bilməməsi isə onların bir çoxunun müflisləşməsinə gətirib çıxara bilər. Bu, xoşagələn hadisə deyil. İstərdik ki, bizim tərəfdaşlarımız da bunu anlasınlar”, - deyə baş nazir əlavə edib.

Qeyd edək ki, Sibir üzərində uçuşlardan ən çox istifadə edən şirkətlər "Lufthansa”, "British Airways” və "Air France” şirkətləridirlər və bunun sayəsində bu şirkətlər hər uçuş zamanı 30 min dollaradək qənaət edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA