İsmayıllı sakini Suriyada öldürüldü

img

08-09-2014 [09:07]


İsmayıllı rayonundan Suriyaya ailəsi ilə birlikdə gedən Rahid adlı şəxs döyüşlərdə öldürülüb.
 
Axar.az-a rayondakı qaynaqlardan verilən məlumata görə, hazırda Rahidin ölümündən onun doğmaları məlumatlıdır, ancaq ailəsinə bu bəd xəbər hələ deyilməyib.
 
Rayon sakini olan Rahid İsmayıllıda bərbər işləyib, ibadətlə məşğul olub, bir müddət öncə isə həyat yoldaşı ilə Suriyaya gedib.
 
Qeyd edək ki, son günlər İsmayıllıdan Suriyaya gedən ailələr haqda müxtəlif söz-söhbətlər yayılıb. Onlardan biri də güləş üzrə ölkə çempionu Rəşad Baxşəliyevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA