Bakı-Qazax magistral yolunda dəhşətli qəza, 6 nəfər yaralandı

img

07-09-2014 [14:26]


Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hisəsində qeydə alınıb.

 

Rayonun Faxralı kənd  sakini 28 yaşlı Rövşən Bayramov idarə etdiyi "Mercedes” markalı avtomobillə üzü paytaxt istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə digər "Mercedes”ə, daha sonra isə  Faxralı kənd sakini, 45 yaşlı  İsgəndər Əhmədova məxsus  "Hyundai” markalı maşına çırpılıb.

 

Qəza nəticəsində hər üç avtomobilin sürücüləri və onların sərnişinləri 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gulnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirliblər.

 

Həkimlərin səyinə baxmayaraq, "Hyundai” sürücüsü İsgəndər Əhmədov dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan  Bakı şəhərinə aparılıb. Xəstəxanadan bildiriblər ki, digər yaralıların vəziyyəti ağır olaraq qalır.

 

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.

 

Qeyd edək ki, "Mercedes”in sürücü  Rövşən Bayramov və "Hyundai” sürücüsü İsgəndər  Əhmədov həmkəndli olublar və onlar toydan qayıdırlarmış.

 

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA