Əfqanıstan hökuməti: "Pakistanın Spin Boldak bölgəsinə hücumu..."

img

17-10-2025 [11:32]


Pakistanın Əfqanıstanın Qəndəhar əyalətinin Spin Boldak bölgəsinə endirdiyi hava zərbələri böyük dağlntı və itkilərə səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Əfqanıstandakı Taliban hökuməti açıqlayıb.

Bildirilib ki, hava zərbələri nəticəsində 40 nəfər ölüb, 170 nəfər yaralanıb, böyük dağıntılar var.

Məlumatda o da deyilir ki, Pakistan artilleriya zərbələri ilə Nokli, Vardak, Kuçian, Şorabək və Şəhid rayonlarında bir çox evləri də vurub.

Xatırladaq ki, Qəndəhar əyalətində yerləşən Spin Boldak Əfqanıstan-Pakistan sərhəddində yerləşir. Qarşılıqlı atışmadan sonra tərəflər 48 saatlıq müvəqqəti atəşkəsə razılaşıblar. Bu müddət isə axşam bitir.

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA