Putinlə Poroşenko nələri müzakirə ediblər? - Açıqlama

img

07-09-2014 [13:35]


Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Münaqişə tərəflərinin, bütövlükdə, atəşkəs rejiminə əməl etməsindən qarşılıqlı məmnunluq ifadə olunub. ATƏT-in xətti ilə vəziyyətin monitorinqinin zəruriliyi qeyd olunub. Donetsk və Luqansk vilayətlərinin sakinlərinə humanitar yardımın çatdırılması məsələlərinə də toxunulub” - deyə məlumatda bildirilir.  

Telefon danışığı zamanı prezidentlər arasında Ukrayna- Aİ assosiasiya sazişinin qüvvəyə minməsinin Gömrük İttifaqı ölkələri üçün  fəsadları kontekstində fikir mübadiləsi aparılıb.

Putin və  Poroşenko dialoqun davam etdirilməsinə dair razılığa gəliblər (APA). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA