HƏMAS: "İsraill əraziyə buraxmır, ona görə cəsəd qalıqlarını verə bilmirik"

img

17-10-2025 [10:14]


"İsrailli əsirlərin dağıntılar altında qalan cəsədlərinin qaytarılması üçün İsrail bizim texnikanı əraziyə buraxmalıdır. Onlar isə buna imkan vermir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər HƏMAS-ın son bəyanatında yer alıb.

Bildirilib ki, bu səbəbdən qalan israilli əsirlərin cəsədlərini geri təhvil verə bilmirlər: "O əsirlər İsraillin bombardmanları zamanı tunel və binaların dağıntıları altında qalaraq ölüblər. İndi biz onları çıxara bilmirik. Bünun üçün bizim və texniaların əraziyə buraxılması mütləqdir. Lakin İsrail buna şərait yaratmır".

HƏMAS bəyan edib ki, indiyə qədər tapdıqları bütün cəsədləri geri qaytarıblar: "Bildirdiyimiz kimi, qalan cəsədləri çıxarmaq üçün lazımi texnika olmalı və şərait yaradılmalıdır. Bir daha bəyan edirik ki, bu gecikməyə görə məsuliyyəti tamamilə İsrail hökuməti daşıyır”.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA