Tələbəsini zorlayan dosent...

img

06-09-2014 [23:05]


Ərzurumda Atatürk Universiteti, Gözəl sənətlər fakültəsindən bu il məzun olan gənc qız polisə müraciət edib. 


"Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan 27 yaşlı tələbə müəllimi, dosent, Dr. A.A-nın onu zorlamaq istəməsi ilə bağlı şikayət edib. Yüksək lisans bölümünə daxil olmaq istəyən tələbə, müəllimindən məsləhət almaq istəyib. Tələbəni bağ evinə dəvət edən A.A onu zorlamaq istəyib.

 Gənc qızın şikayəti üzrə saxlanılan 2 uşaq atası, 42 yaşlı A,A iddiaları qəbul etmir. Dosentin sözlərinə görə, hadisənin əksi olub. Belə ki, tələbə qız onunla münasibət qurmasını istəyib. A.A sözlərinə görə tələbə imtahandan keçmək üçün bu yola əl atdığını deyib.

Şikayət Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Haqqında 22 il, 5 ay həbs cəzası istənən dosent məhkəmə qarşısına çıxacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA