“Biz Rusiyaya dəqiq siqnal göndərmişik ki,..." - Obama

img

06-09-2014 [00:30]


ABŞ prezidenti Barak Obama Ukraynada barışın şərtlərinin reallaşacağına ümid eləsə də, hələlik ona şübhə ilə yanaşır. 

Bu barədə "Reuters” məlumat yayıb.

"Biz Rusiyaya dəqiq siqnal göndərmişik ki, hərəkətlərin  nəticəsi olacaq. Bu gün ABŞ və Avropa Rusiyanın maliyyə, energetik və müdafiə sahələrinə qarşı yeni sanksiyaların genişləndirilməsi işini yekunlaşdırmaq üzrədir”, - deyə Obama qeyd edib. Bundan əlavə, o, NATO-nun hər bir müttəfiq ölkənin və Ukraynanın suverenliyini qoruyacağını söyləyib.

"Atəşkəs haqda anlaşmaya gəlincə, biz ümidliyik. Ancaq eyni zamanda keçmişin təcrübəsinə əsaslanaraq şübhələnirik ki, separatçılar anlaşmaya əməl edəcək, Rusiya isə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandıracaq. Ona görə də saziş hələ praktikada yoxlanılmalıdır” - deyə, Ağ Ev başçısı bildirib.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA