16 yaşlı qızı bütün kənd zorladı

img

06-09-2014 [00:00]


Hindistanın Qərbi Benqal əyaləti, Jalpaiquri şəhəri yaxınlığında yerləşən kənddə faciə baş verib. 


"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəndin aqsaqqal şurasına qarşı hörmtəsizlik etdiyi iddia edilən 16 yaşlı gənc qız, kənd sakinləri tərəfindən toplu zorlandıqdan sonra öldürülüb.

Ölkə mətbuatı qızın traktor borcunu ödəməyən atasının döyülməsinə görə kəndin öndə gedən şəxslərinə qarşı gəldiyi və bu səbəbdən cəzalandırıldığını yazıb.

Adı mətbuata açıqlanmayan qızın davranışı səbəbiylə əvvəl "yerə tüpür, tüpürdüyünü yalama” cəzası verildiyini, ancaq bunu etməyi rədd edincə öldürüldüyü iddia edilir. 

Polis rəisi Ceyms Kujur məsələ ilə bağlı mətbuat şərhində "cəsədi olan qızın atası, qızının zorlandığını və öldürüldüyünü deyir. Bu şikayət üzrə 3 nəfər həbs olunub”- dedi.

Qeyd edək ki, Hindistanın Dehli şəhərində bir avtobusda kütləvi zorlanmaya məruz qalan, öldürülən qadının xəbəri dünya mediasını bir-birinə qatmışdı. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA