Rus ordusu Kerç boğazına doğru hərəkətləndi - VİDEO

img

05-09-2014 [15:51]


Ukraynanın "İnformasiya müqaviməti” qrupu Rusiyanın Krımdakı hərbi bazasının motoatıçı və artilleriya bölmələrinin canlı qüvvəsi və texnikasının Kerç boğazına doğru istiqamət almasını əks etdirən video-süjet paylaşıb.
 
Axar.az sözügedən qrupun rəsmi saytına istinadən xəbər verir ki, məqsəd hərbi karvanın Rostov vilayətinə keçirilməsi, daha sonra isə şiddətli döyüşlərin getdiyi Donbas vilayətinə dislokasiya edilməsidir.
 
Qeyd edək ki, bir müddət öncə "İnformasiya müqaviməti” qrupu rusların yarımadadakı Cankoy hava limanına kifayət sayda vertolyot və hərbi sursat gətirdiyi barədə başqa bir xəbər yaymışdı.  
 
Həmin videonu təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA