Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili
11-10-2025 [22:24]
Onunla vidalaşmağa gedə bilməmişdik, bir gün son mənzilini ziyarət edərik deyib, özümüzə təsəlli vermişdik. Həmin günün nə zaman olacağını, dəfn olunduğu Ucara yolumuzun nə vaxt düşəcəyini bilmirdik. Nə vaxtsa...
Düz il yarım sonra. Sırf təsadüfdən Ağdam-Bərdə-Bakı yoluna dönəsi oluruq. Ucara girəndən xeyli yol qət etmişik. Birdən növbəti kəndin adı yazılan lövhəni keçirik. Qeyri-ixtiyari “Müsüslü” deyib, kəndin adını harda eşitdiyimi xatırlamağa çalışıram.
Redaktə etdiyim xəbərlərdən tanışdır yəqin. Anidən nidama gəlir. "Səbahinin kəndi" deməyimlə maşının dayanmağı bir olur. Onu məndən də qabaq tanıyan, ziyarət edəcəyimizə söz verən keçmiş tanışı dillənir:
- Googleyə bax gör həmin kənddirmi?
Baxıram və yanılmadığımı görürəm.
- Magistral yoldan geri qayıtmaq olur ki?
- Qayıdarıq...
Maşını tərpədəndə yol qırağındakı evin darvazası açılır, bayıra çıxan kəs kəndlə üzbəüz, yolun o tayındakı məzarlığı nişan verir.
"Qabağa gedin, sonra döngədən geri qayıdın, sağda alaqapı var, ordan 200 metr içəri..."
Qəbiristanlığın qapısının cəftəsini açıb içəri giririk.
Avqust günəşi torpağı qovurub, bircə göy ot olmayan ətrafda gül gəzirəm. Həmən də özüm-özümə deyirəm ki, bu vaxt burda gül olar? Əvəzində girəcəkdəki bulağı görüb sevinirəm.
Qəbiristanlığın böyüklüyünə nəzər salıb dillənirəm: “Bəlkə buranı, məzarı tanıyan dostlara, bölgə müxbirimizə zəng edim?”
"Gəl, lazım deyil, tapacağıq", - deyir Rizvan.
Hərəmiz məzarlığın bir səmtinə yön alırıq, heç iki dəqiqə çəkmir, "tapdım", deyib irəli atılır.
Qara mərmərdən boylanır, gülümsər, dəyişməyən ifadəsi. Ürəyimdə belə gec gəldiyimizə görə üzrxahlıq edirəm. Sanki özünəməxsus ədayla "Mən Kamilovam", "Mən qəzetlər padşahıyam" deyir.
Mənsə həmişəki kimi onun öz tərziylə təsdiqləyirəm: "Elədir, atam-atam"...
Ucadan isə sual verirəm: Burda nə işin var?
Sükut çökür.
Cavabı sinə daşından oxuyuram:
Mən bir gün üfüq olmuşdum,
duman çökdü dənizə...
Görünmədim...
Mən bir gün təbəssüm olmuşdum,
nə oldu bilmədim.
Görünmədim...
Gözümün önündə uzaq keçmiş canlanır. İlk iş yerim "Rezonans" qəzetində məqaləmin dərcinə vəsilə olmağı, həmin redaksiyada ilk qarşılaşmağımız, əvəzolunmaz yazıları, zarafatları, ayağı kəsiləndən sonrakı ziyarətimiz, xəstəxana çarpayısındakı çarəsiz baxışları, ikinci ayağını da itirəndən sonra əlil arabasındakı halı.
Xatirimdə qalan bütün halları film kimi keçir bir anda gözümün önündən, amma ustad Səbuhi Məmmədlinin başdaşındakı fotosundakı kimi çoxmənalı təbəssümü hamısının fövqündən boylanır - bütün suallara cavab verən, ənənəvi təbəssüm.
Bulaqdan gətirdiyim suyu tökürəm, xətrini əziz tutan köhnə tanışı əlindəki dəsmalla daşları yuyur. Qalan suyu dibçəkdəki dekorativ güllərə çiləyirəm. Su Səbuhiyə də çatır, güllərinə də.
Sağollaşıb geri dönürük.
Arxadan səsi gəlir sanki, sinə daşındakı şeirin orda yazılmayan misrası səslənir qulağımda:
Mən bir gün cığır olmuşdum...
Bu dəfə etiraz edirəm, misranı tamamlamağa qoymuram: “Olmuşdum yox, cığırsan, heç vaxt ot basmayacaq, görünəcək cığır”...
Məzarlıqdan çıxa-çıxa deyirəm ki, 2 ay sonra – oktyabrda 55 yaşı tamam olacaq və sinə daşına yazılan sözləri, Vaqif Səmədoğlunun misralarını təkrarlayıram:
Mən bir gün təbəssüm olmuşdum,
Nə oldu, bilmədim...
Görünmədim...
Bayaqdan susan Rizvan dillənir: “Hə, yaxşı seçiblər - Mən bir gün təbəssüm olmuşdum... Səbuhini tanıdığım ilk andan etibarən mənə elə gəlirdi ki, o, başqasının həyatını yaşayır, bir roldadır. Həmişə düşünürdüm ki, bu qədər nikbinliklə və hər günü ömrün son günü kimi yaşamaq, hansısa bir illüziya, bir uydurma olmadan mümkün deyil. Amma sonda anladım ki, o, bütün illüziyalardan kənar, tam dolğun və öz yolu ilə irəliləyirmiş.
Əminəm ki, nə Allaha, nə duanın, nə də mantranın gücünə inanırdı. Daha çox yumorun gücünə və ətrafındakı insanların ona olan səmimiyyətinə güvənirdi. Bəzən mənə elə gəlirdi ki, ömrünə "dırnaqarası" baxan Səbuhi bizi ələ salır, bizimlə oynayır. Amma ayağının biri amputasiya olunanda, xəstəxanada belə gülüşü və məzəli söhbətləri ilə kəsilmiş ayağını nəzakətlə bizdən gizlətdiyini hiss etdim. Hətta elə bil bir az utandı da... Başdaşında olan təbəssüm isə sanki qəbrini belə bizdən gizlətmək üçün idi. Əsl illüziya məhz bu imiş...”
27 avqust 2025
Məhbubə Qasımbəyli
LENT.AZ
DÇ-2026: Türkiyə -Bolqarıstan oyununda 7 qol var (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili
KTN-də broyler sahibləri ilə görüş olub - Sahibkarlar gömrük, FHN və icra başçılarından şikayətləniblər - ÇIXIŞLAR (FOTO)
Kərim Vəliyev Türkiyədə - General Yaşar Gülərlə birlikdə təlimi izləyib (VİDEO, Yenilənib)
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan komandoları birgə təlimə hazırlaşır - AÇIQLAMA
İcra başçısının keçmiş müavini həbsdə qaldı - Hakim "yox" dedi
Elvin Bədəlov Mbappeyə nə deyib? - "Dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də" - VİDEO
Hacı Şahin Həsənlinin qızının toyu olub - VİDEO
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
Narkotiki evakuatorla daşımaq istəyənlər saxlanılıb - FOTO
İlham Əliyev Sevil Əliyevanı təltif etdi - SƏRƏNCAM
"Premium Clinic"də əməliyyat olunan qadın ölüb
General-mayor Rasim Əliyev vəfat edib - Qəfildən
Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı - 66 dollara endi
Bakıda palçıq vulkanı püskürüb
Müğənnilər Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal: "Cavab verəcək" - VİDEO
Rusiyada güclü zəlzələ baş verib
AFFA ona 3 milyon 700 min manat təzminat ödəyib
"Bu, mənim üçün çox vacib idi" - Ayxan Abbasov
DÇ-2026: millimiz Fransa yığmasına uduzdu (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Salyanda iki azyaşlı uşaq atasını maşın vuraraq öldürüb
ABŞ-da hərbi zavodda partlayış: çoxlu sayda ölü, yaralı və itkin düşənlər var (FOTO)
Türkiyənin milli kamikadze dronu: KarguFPV zirehdeşici döyüş başlığı ilə hədəfi belə vurdu - VİDEO
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
İsrail hərbçiləri İordan çayının qərb sahilində əməliyyat keçirib - 38 yaralı və həbslər var
Dursun Özbek: "Bu, İkardinin son ilidir, o..."
BMT-nin təşkilatı: "İsrail Qəzzaya hələ də hücuma davam edir"
"Qalatasaray" 120 illiyində heykəl açılışı edib - FOTO
Ağ Evdən Trampa Nobel verilməməsinə sərt reaksiya: "Onlar siyasəti sülhdən üstün tuturlar"
Ramil Həsən yeni vəzifəyə təyin edilib - Deputat mandatına xitam veriləcək (Açıqlama)
Anar Əsədlinin cinayət işi "dirildilib" - Keçmiş partiya sədri haqda yeni qərar qəbul edilib
"Bakı metropoliteni” QSC-də 23 rəisin yerdəyişməsi olub
Həkim Sənan Mehdiyevə hökm oxunub
"Ötən il daha çox olub və bu il də çox olacaq" - Putinlə Paşinyan arasında fikir ayrılığı yarandı (VİDEO)
"Qalatasaray" gənc istedadı radarına aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Abşeronda qətl: 60 yaşlı kişi öldürülüb
Deputatlar bu tarixdə toplanacaq