ABŞ-da hərbi zavodda partlayış: çoxlu sayda ölü, yaralı və itkin düşənlər var (FOTO)

img

10-10-2025 [23:02]


ABŞ-da hərbi partlayıcı istehsal müəssisədə partlayış baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, partlayış Tennessi ştat mərkəzindən 80 kilometr qərbdə yerləşən "Accurate Energetic Systems" partlayıcı maddələrin istehsalı müəssisəsində yaşanıb.

Məlumata görə, güclü partlayış nəticəsində çoxlu sayda insan ölüb, yaralılar var: "Bəzi işçilərdən isə hələ də sağ və ya ölü olmaları haqqında məlumat almaq mümkün olmayıb"

Şirkətdən və yerli rəhbərlikdən bildirilib ki, itkin işçilərin tapılması üçün əraziyə əlavə çoxlu sayda axtarış-xilasetmə qrupları göndərilib: "Əlavə məlumat veriləcək".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA