Britaniyada rekord sayda evsiz ölüb - Aralarında uşaqlar da var

img

08-10-2025 [08:13]


Böyük Britaniyada evsiz (bomj) insanların ölümhalı rekord sıviyyəyə yetişib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2024-cü ilün statististikasına əsasən, 11-i uşaq olmaqla 1611 evsiz insan küçələrdə ölüb.

Məlumata əsasən, bu, 2023-cü ilin rəqəmləri ilə müqayisədə 9 faiz artım deməkdir: "Pis hal budur ki, 2025-ci ilin ötən 9 ayı ərzində evsiz kimi yardıma müraciət edənlərin sayı təxminən 40 min nəfər də artıb".

Məlumatda deyilir ki, ölkədə bahalaşan həyat tərzi və iş yerlərindəki ixtisarlaşma ildən ilə "fəlakət qapısı"nı genişləndirir: "Ölkədə evsiz ölümlərin yarıdan çoxununun ümidinin hər şeydən üzülməsi ilə əlaqəli olduğu araşdırmalarla sübut olunub. Yəni, onlar intiharla həyatlarına son veriblər".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA