DİN-dən “Winchester”lə güllələnmə olayı haqda açıqlama

img

04-09-2014 [14:00]


Daxili İşlər Nazirliyi Bakıdakı güllələnmə ilə bağlı açıqlama yayıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, Şaban Nəbiyevə xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Ş.Nəbiyev orada ölüb.

Hadisə yerinə baxış zamanı "Winchester” markalı tüfəng aşkar edilərək götürülüb. Araşdırmalar zamanı məlum olub ki, Şaban Nəbiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Qaradağ rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır(anspress)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA