Balakəndə toyda dava düşüb, iki nəfər xəsarət alıb

img

04-09-2014 [11:10]


Balakən rayonunda toyda insident baş verib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-ü gecə saat 22:45 radələrində rayonun Yeni Şərif kənd sakini, 1987-ci il təvəllüdlü Məhəmməd Əli oğlu Kiriyev və Balakən şəhər sakini, 1979-cu il təvəllüdlü Telman Rauf oğlu Soltanov xəsarətlə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.
Hazırda onların vəziyyəti orta-stabil hesab olunur.
Araşdırma zamanı məlum olub ki, Əli Kiriyev və Telman Soltanov Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy mərasimində yaranan dava nəticəsində xəsarət alıblar. Xəsarət alanlardan Əli Kiriyev Balakən rayon Polis Şöbəsində polis nəfəri vəzifəsində çalışır. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda fakt təsdiqlənib. Baş vermiş hədisə ilə bağlı saxlanılan yoxdur. Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA