Bakıda 54 yaşlı kişi güllələnərək qətlə yetirilib

img

04-09-2014 [11:09]


Bakıda qətl hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində "Sahil” parkının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Şaban Məmməd oğlu Nəbiyev naməlum şəxs və ya şəxslər tərəfindən "Vinçester” markalı odlu silahdan açılan bir neçə atəş nəticəsində qətlə yetirilib.
Hadisənin qisas zəminində törədildiyi ehtimal edilir.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tapılması istiqamətində iş aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA