"Bu axmaqların İslamla heç bir əlaqələri yoxdur. Onlar öz cavablarını alacaqlar" - Kadırov

img

03-09-2014 [17:49]


Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İŞİD-in Qafqazı hücum hədələrinə cavab verib. 

ANS PRESS-in məlumatına görə R. Kadırov Qafqazı hücumla hədələyən İŞİD üzvlərinin məhv ediləcəyini bildirib. O, İŞİD-in hədələrini "uşaq təhdidi" adlandırıb: 

"Bu axmaqların İslamla heç bir əlaqələri yoxdur. Onlar öz cavablarını alacaqlar".

Qeyd edək ki, ötən gün "İslam Dövləti” (İŞİD) terror qruplaşması dünyanın ən böyük dövləti olan Rusiyanı hədələyib.

İŞİD terror qruplaşması rəhbərləri Rusiyanın bölgədəki maraqlarına qarşı çıxış edəcəklərini iddia ediblər. İŞİD-in belə bir addım atmasına səbəb kimi Suriyada Bəşər Əsədə rus hakimiyyətinin dəstəyi göstərilir.

İŞİD qruplaşması sosial şəbəkədə Suriya Hərbi Hava Qüvvələrinin keçmiş bazasında çəkilmiş video-çarxı yayımlayıb. 

Videoda İŞİD silahlısı qırıcı təyyarəyə oturaraq "Rusiyanın Əsəd üçün göndərdiyi bu təyyarələri Çeçenistan Respublikasının və Qafqazın azad olunması üçün istifadə edəcəyik” ismarışı göndərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA