DİN "Oazis"dəki dava ilə bağlı açıqlama yaydı - YENİLƏNİB

img

03-09-2014 [14:01]


Daxili İşlər Nazirliyi dünən axşam paytaxtın məşhur restoranlarından birində baş verən insidentlə bağlı açıqlama verib.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hadisə dünən 23 radələrində baş verib: "Hələlik şəxsiyyətləri müəyyənləşməyən iki nəfər xuliqanlıq zəminində 3 nəfəri bıçaqlayıb. Yaralılara ilkin müdaxilə edildikdən sonra xəstəxanadan buraxılıblar, vəziyyətləri yaxşıdır. Hazırda həmin şəxslərin axtarış tədbirləri davam etdirilir".

*     *    * 
10:11

Bakının məşhur restoranlarından birində-"Oazis”də dava düşüb.

Restoranda olan hadisə şahidlərindən "Qafqazinfo”ya verilən məlumata görə, dava ad günü qeyd edən bir ailənin yaxınları arasında başlayıb.

Mühafizəçilər yaranan insidenti sakitləşdirsələr də, 20 dəqiqədən sonra ara yenidən qarışıb. Bu dəfə həmin şəxslər restoranda qarşılarına çıxan bütün stolları çeviriblər. Bundan sonra "qəhrəmanlar” restoran xidmətçilərini və mühafizəçiləri də döyməyə başlayıblar.

Ən azı iki nəfərin bıçaqlanaraq yaralandığı bildirilir.

Restorandakı vəziyyət o həddə çatıb ki, insanlar qorxaraq mətbəxə qaçıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA