Qapıçı oyuna çıxar-çıxmaz "Qalatasaray" 3 milyon avro "zərər" ödəyəcək

img

18-09-2025 [12:56]


Bu axşamBakı vaxtilə saat 23.00-da Çempionlar Liqası oyunları çərçivəsində  Almaniyada meydana çıxacaq "Qalatasaray" oyun başlamadan 3 milyon "zərər"ə düşə bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əgər "Qalatasaray" "Trabzonspor"dan yeni aldığı təcrübəli qapıçısı Uğurcan Çakırı oyuna daxil edərsə, o zaman müqavilə şərtinə əsasən Qara dəniz klubuna əlavə 3 milyon avro ödəməli olacaq: ""Trabzonspor"dan 27,5 milyon avroya transfer edilən milli qolkiperin müqaviləsindəki xüsusi bəndə əsasən, Uğurcanın Çempionlar Liqasında çıxış edəcəyi təqdirdə "Qalatasaray" keçmiş klubu "Trabzonspor"a əlavə 3 milyon avro ödəyəcək".

Fərid Əhmədov
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA