Keçmiş məhbus yenidən cinayət elədi - Təfərrüat

img

03-09-2014 [12:36]


Bakıda avtomobil qaçırmış keçmiş məhkum tutulub. 

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 29-na keçən gecə paytaxtın Hüseyn Cavid prospektindən Rahib Səfərova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları, Yasamal rayon Polis İdarəsi və 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil sentyabrın 2-i saat 01:30 radələrində A.Abbasov, küçəsində üzərində avqust ayında Nəsimi rayonu Q.Quliyev küçəsində Zarema Saarbəyovaya məxsus "Chevrolet-Aveo" markalı avtomobil tapılıb.

Avtomobildən oğurlanmış hər iki maşının dövlət nömrə nişanı aşkar edilib.

Avtomobili idarə edən Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Fuad Əsədov tutulub. Araşdırmalar zamanı onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA