Aktrisa Bakıda ağır qəza törətdi

img

03-09-2014 [12:35]


Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


APA TV bildirir ki, qəza Aeroport şosesində qeydə alınıb. Aynur Abbasovaya məxsus "MG” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yolun kənarındakı təhlükəsizlik səddinə çırpılıb. Sürət yüksək olduğundan, maşın səddə çırpıldıqdan sonra təxminən 50 metr irəli gedib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qadın sürücü qəzadan sonra maşını orada qoyaraq hadisə yerindən uzaqlaşıb. Qeyd edək ki, avtomobili idarə edən Aynur Abbasova Bakı Bələdiyyə Teatrının aktrisasıdır. O, son vaxtlar bir neçə seriala da çəkilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA