ABŞ "TikTok"un ölkədəki payını aldı: "Çinlə anlaşdıq"

img

16-09-2025 [20:03]


""TikTok"un alınması ilə bağlı Çinlə razılığa gəldik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumat ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya rəsmi səfərlə bağlı Ağ Evə keçirdiyi mətbuat konfransında açıqlayıb.

O, Çin mərkəzli sosial media platforması "TikTok"un ABŞ şirkətləri tərəfindən alınması prosesinin yekunlaşdığını deyib: "Artıq biz bu prosesi müsbət sonluqla bitirdik. Çinlə razılaşdıq. Cümə günü prezident Si Cinpinlə görüşüb hər şeyi aydınlaşdıracağam. Əla razılaşma əldə etdik və ümid edirəm ki, bu, hər iki ölkə üçün xeyirli olacaq".

Ləman
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA