“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu (FOTOLAR)
16-09-2025 [14:36]
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti ucqar kəndlərdə yaşayan məktəblilərin təhsil və inkişafına töhfə vermək, eləcə də uzunmüddətli qardaşlıq bağları qurmaq məqsədilə başlatdığı “Xoşbəxtlik Çantası” adlı layihənin üçüncü mərhələsini uğurla həyata keçirib.
Mia.az-ın məlumatına görə, bu dəfə “qardaş məktəb” çərçivəsində Qubanın ucqar dağ kəndləri – Qriz, Qalaxudat və Əlik məktəblərinə səfər təşkil olunub.
Layihənin əsas məqsədi həmin kəndlərdə yaşayan şagirdlərə Bilik Günü münasibətilə dəstək göstərmək və onlara unudulmaz anlar yaşatmaq olub. Tədbir çərçivəsində uşaqlara xüsusi hazırlanmış məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar, məktəbli formaları və oyun dəstləri təqdim edilib. Şirkətə məxsus markaların sürpriz hədiyyələri isə şagirdlərin üzündə böyük təbəssüm yaradıb.
Qeyd edək ki, layihənin birinci mərhələsi bu ilin 18 aprel tarixində baş tutub. Həmin gün şirkət daxilində təşkil olunan xeyriyyə yarmarkasında əməkdaşların hazırladığı əl işləri satışa çıxarılıb və toplanan vəsaitin məktəblilərə dəstək məqsədilə istifadə olunması nəzərdə tutulub.
Layihənin ikinci mərhələsində isə “Veysəloğlu Distribusiya” şirkətinin əməkdaşları hədiyyələrin təqdim edildiyi Qubanın Qriz, Qalaxudat və Əlik kəndlərinə səfər edərək, uşaqlarla görüşmüş, onların arzularını dinləmişdilər. Bununla da qardaşlıq bağlarının təməli qoyulmuşdu.
“Veysəloğlu Distribusiya” şirkəti bu təşəbbüsü növbəti mərhələlərdə də davam etdirərək, uşaqların təhsilinə və inkişafına dəstək olmağı qarşısına məqsəd qoyub.
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik"
WUF13-ün internet saytı fəaliyyətə başlayıb
Göyçayda keçmiş məhkum narkotik və avtomat silahla saxlanılıb
İsrail Qəzzanı bombalayıb - Üç polis ölüb
Efiopiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib (Yenilənib)
Hərbçilərin maaşı artırılacaq? - Yeni təklif var
Gömrük Komitəsi “Temu” ilə gizli anlaşma əldə edib? - Gömrük, Çin şirkəti və "Azərpoçt" onlayn bazarı öz aralarında "bölüb"
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU - Kəlbəcər, Xocavənd və Cəbrayıla
Avropa Liqası: "Fənərbağça" turnirlə vidalaşdı
Mərakeşi çəyirtkələr basıb - FOTOLAR
Afrika ölkəsindən bir ilk: Rusiyadan Su-57 qırıcı təyyarəsi aldı - Bölgədə tarazılıq dəyişdi
İran XİN başçısından mühim mesajlar: "ABŞ-la danışıqlarda böyük irəliləyiş əldə edilib, lakin..."
ÇL: Osimhen həftənin oyunçusu adına namizəd oldu
Ronaldo İspaniyada bu klubdan pay aldı - Açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Konfrans Liqası: Türkiyə komandası 1/8-ə yüksəldi
İRAN ABŞ-ın TƏKLİFİNİ RƏDD ETDİ: "Bu, heç vaxt olmayacaq" - Cenevrədə danışıqlar başa çatdı, növbəti görüş yeri müəyyənləşdi
Xocalı 34: Musiqidə yaşayan ağrı - VİDEO, FOTOLAR
Türkiyədə zəlzələ oldu
RƏSMİ MOSKVADAN BAKIYA MESAJ: "Biz Azərbaycanla bütün məsələləri yoluna qoymaq niyyətindəyik"
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı
Ramazanın 9-cu gününün duası: imsak və iftar vaxtı
Rəsmi Moskva "Biz İranın yanındayıq" mesajını verdi, ABŞ-ı ittiham etdi: "Məsuliyyətsiz şəkildə gərginliyi artırırlar"
Putinin müşaviri: "1000 əsgərin cəsədini Ukraynaya təhvil verdik"
Şimalda gərginlik - Rusiya PUA-sı vuruldu
ABŞ və Ukrayna heyətləri Cenevrədə görüşüblər - Açıqlama
Macarıstan Ukraynaya 90 milyardlıq yardımı bloklaylb: "Mənim rolum müttəfiqlər arasında..."
NATO-dan Avropa İttifaqına xəbərdarlıq: "ABŞ-ın nə edəcəyi barədə düşünməyi buraxın, özünüzə baxın..."
Ərdoğan Baş nazirlə qapalı müzakirə aparıb
TÜRKİYƏ İRANA HƏRBİ MÜDAXİLƏ EDƏ BİLƏR? - Təhlil
Leyla Əliyeva Qarabağ qazisi Rəvan Əzizova baş çəkib - FOTOLAR
Hava şəraiti ilə bağlı - Xəbərdarlıq
İqtisadi Şuranın iclası keçirilib - Nələr müzakirə olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev Ərdoğana zəng edib
Mikayıl Cabbarov türkiyəli nazirlə görüşüb - Açıqlama
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
AFFA iki klubu cəzalandırıb
Prezident və Birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında - VİDEO, FOTOLAR (Yenilənib)
Bir dustağı bir ayda 292 vəkil niyə ziyarət edib? - "Onlardan kuryer kimi istiadə edilir"
İran Azərbaycan sərhədində hava məkanını bağlayıb