Nazarbayevdən daha bir maraqlı açıqlama

img

02-09-2014 [21:32]


"Ukrayna ətrafındakı hadisələrin gərginləşməsi beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq”.


Virtualaz.org saytı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan parlamentinin bu gün - sentyabrın 2-də öz işinə başlayan IV sessiyasının açılışındakı çıxışında bu ölkənin prezidenti Nursultan Nazarbayev deyib.

N.Nazarbayevin sözlərinə görə, dünyadakı geosiyasi risklər artır: "Dünyada ümumi daxili məhsulun haradasa 60 faizindən çoxunu istehsal edən dövlətlərin bir-birinə qarşı tətbiq etdiyi qarşılıqlı sanksiyalar isə dünyada artıq bərqərar olan iqtisadi münasibətləri kökündən dəyişməyə doğru aparır. Belə mürəkkəb şəraitdə Qazaxıstanın təhlükəsizliyini qorumaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Hökumət mənim tapşırığımla məhz bununla məşğuldur”.

Qazaxıstan prezidenti dünyada və regionda yaranan gərgin vəziyyətlə əlaqədar olaraq deputatların tətil müddətini azaltmağı da təklif edib: "Sizdən kiçik bir xahişim də var: deputatların tətil müddətinin azaldılması təklifini nəzərədən keçirin. Digər ölkələrin parlamentlərində də belə qayda var”.

N.Nazarbayev ölkəsinin iqtisadiyyatı ilə bağlı çıxışında Qazaxıstanın təhlükəsizliyi məsələsinə xüsusi yer ayırıb. O, bunu Avropa Birliyi, ABŞ və Rusiyanın qarşılıqlı sanksiyaları ilə əlaqələndirib. Deyib ki, bu sanksiyalar və onların doğuracağı nəticələr Qazaxıstana mümkün neqativ təsirləri indidən bəlli olan təhlükə yaradır.

Yada salaq ki, N.Nazarbayev Ukraynanın Avropa Birliyi ilə sazişini dəstəkləyəndən sonra Moskva-Asatana münasibətlərində gərginlik yaranıb. Rusiya prezidenti Vladimir Putinin Qazaxıstanda dövlətçiliyin olmaması, Kremlin nəzarətindəki Vladimir Jirinovskinin Qazaxıstanda rusofobiyanın güclənməsi ilə bağlı dedikləri isə bu gərginliyi daha da artırıb. Buna cavab olaraq N.Nazarbayev Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini açıq mətnlə bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA