Məhkəmə hakimi mülkə görə qardaşı arvadını döydü - FOTOLAR

img

02-09-2014 [18:06]


İmişli rayon sakini Həmidxan Abbasov həyat yoldaşı Xətayə Abbasovanın Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı tərəfindən döyüldüyünü iddia edir.

Avropa.info-ya video müraciət edən Həmidxan Abbasov ögey qardaşı, Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının onlara 1996-cı ildən dövlət tərəfindən ayrılmış 4 hektar ,62 sot torpaqlarını mənimsədiyini bildirib.

Həmidxan Abbasovun dediyinə görə, torpağın onlara məxsus olması barədə məhkəmə qərarlarına baxmayaraq, məhkəmə hakimi olan qardaşı qanunları saya saymayaraq mülkiyyətini əlindən alıb. İmişli sakininin bildirdiyinə görə, torpaqlarını tələb etdiklərinə görə, qardaşı , Lerik Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslı onun həyat yoldaşı Xətayə Abbasovanı icra nümayəndəsinin gözü qarşısında döyüb.

Avropa.info həmin video müraciəti və Həmidxan Abbasovun göndərdiyi sənədləri oxucularına təqdim edir:

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini dərc edəcəyik.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA