"Əhmədovun yaxtasını həbsdən azad etmək üçün..." - Bakıda sensasiyalı məhkəmə işi
12-09-2025 [09:24]
Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
O, suallara cavab olaraq bildirib ki, Fərhad Əhmədova müqavilə əsasında kömək edib:
"Müqavilə əsasında Fərhad Əhmədova işləri ilə bağlı məsləhətlər vermişəm. Əhmədovun yaxtasını həbsdən azad etmək üçün hüquqşünaslar və bəzi adamlarla görüşlər keçirmişəm. Mən ixtisasca mühəndis olsam da, insanlara hüquqi yardım, texniki yardım kimi məsələlərlə yardım eləmişəm. Fərhad Əhmədovun oğluyla yaxtanın həbsdən azad edilməsi ilə bağlı görüşlərim olub. Mənim missiyam yaxtanın həbsdən azad edilməsi ilə bağlı aparılan işlərdə koordinasiyanı qurmaq və bu işlərin həllini təmin etmək idi. Mən onların mandatlı nümayəndəsi idim. Həmin mandatı istintaqa da, məhkəməyə də təqdim etmişəm".
Təqsirləndirilən şəxs bildirib ki, yaxta azad olunsaydı, bonus alacaqdı: "Lakin işlər biz deyən kimi olmadı, məhkəmə yaxtanı azad etmədi. Hər ikimizin ortaq dostlarımız vardı. Onların sayəsində bir-birimizi tanıdıq. Sonra yaxta ilə bağlı söhbət etdik və görüləcək işlərlə bağlı müqavilə imzaladıq. Müqaviləyə əsasən də hüquqi, texniki və maliyyə məsələlərini həll etməliydim. Aleksandr Benallanı (Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri) orada hamı tanıyırdı. Onunla hər hansı biznesim olmayıb. Benalla da Fransa Administrasiyasından çıxarılandan sonra Dubayda hüquq işləri ilə məşğul olurdu. Fərhad Əhmədovun yaxtasının azad olunması ilə bağlı işə o da qoşulmuşdu".
Anass Derraz qeyd edib ki, imzalanan müqavilələrə görə də onun qonorarı olmalıydı: "Həmin köçürülən pullar da qonorarımla bağlı olub. Təxminən 5-6 ay müqavilə əsasında mən Fərhad Əhmədovun işlərini görmüşəm, vaxt sərf etmişəm".
Prosesdə daha sonra Anass Derrazın istintaqa verdiyi ifadə elan olunub.
Təqsirləndirilən istintaqa ifadəsində deyib ki, Aleksandr Benalla Mərakeş əsilli Fransa vətəndaşıdır: "2018-ci ilin oktyabrında London Məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu dostlarım vasitəsilə mənə bildirdilər. Məndən kömək istədilər. Pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənim isə bu işdə vəzifəm vəkil tapmaq, yerli nüfuza malik adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması bir milyon dollar edir. Oteldə görüşərək müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməyini təmin edək. Müqaviləyə əsasən bu işlərə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon mənə veriləcək. Lakin mən razılaşmadım. 2 milyon 250 min dollar mənə, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. Qalan pul da görülən işlərə gedəcəkdi. İlkin olaraq hesabıma 200 min dollar göndərildi. Benalla da 400 min dollar aldı. İş tam başa çatmadığı üçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi yardımlarla bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. Benalla da öz nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini deyirdi. Mətbuatdan oxuduğuma görə Benalla Rusiyada yaşayan milyarder İsgəndər Mahmudovdan külli miqdarda rüşvət aldığı üçün məsuliyyətə cəlb olunub".
Təqsirləndirilən şəxs bildirib ki, Benallaya köçürülən 400 min dollar bank əməkdaşları tərəfindən şübhəli hesab olduğundan imtina edilib:
"Pulun mənbəyini soruşduqda Benalla Fərhad Əhmədova məxsus yaxtanın azad edilməsi üçün vəsaitin olduğunu bildirib. Bank əməkdaşları internetdə yaxtanın həbsdə olmadığını gördükləri üçün əməliyyatdan imtina etdilər. Amma mənə köçürülən 200 min dolların mənbəyini bildirdiyim üçün bankda problem yaranmadı".
Hakim deyib ki, növbəti proses oktyabrın 2-də şahidlərin ifadələri ilə davam etdiriləcək.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib. Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəmi üzərində həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməyini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.
F.Əhmədov Anass Derrazın "AL HILAL BANK"dakı hesabına 200 min dollar və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına 400 min dollar köçürüb.
Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət alınmasında köməklik etmədə ittiham olunur. Qeyd edək ki, DTX tərəfindən Anass Derraza qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəisi Aleksandr Benallanın beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub. Bir müddət əvvəl İnterpol A.Benallanı "Qırmızı bülleten"lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.
İnterpolun A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
MİA.AZ
Arda Gülər "Real Madrid"də "Ayın oyunçusu" seçildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaxarova: "Azərbaycanda saxlanılan Rusiya vətəndaşları..."
Rusiya XİN: "İsrailin İordan çayının qərb sahilini işğal etməsi..."
Hikmət Hacıyev Abdullah Ereni qəbul edib - FOTO
Rəsmi Moskvadan ABŞ-ın təcili nüvə təliminə reakisya: "...biz də eyni şəkildə hərəkət edəcəyik"
"Beşiktaş"ın qadınlardan ibarət komandasına baş məşqçi təyin olunub
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul edib - FOTO
Baş nazir Dövlət Mülki Aviasiya Agentliyi barədə qərar imzalayıb
Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
Əli Əsədov daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Millimiz Moldova ilə heç-heçə edib
Derbinin hakimləri bəlli oldu
Prezident orduya əmr verdi: "İsrailin hücumuna cavab verin!"
Bakıda 66 kq narkotiklə tutulanlar var
Ukraynada daha bir azərbaycanlı həlak olub
Almaniya Kansleri Türkiyədə - Ərdoğan qarşıladı (FOTO)
Derbi həyəcanı: "Fənərbağça" "Beşiktaş"la oyuna bu heyətlə çıxacaq
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var"
Bir qardaşı həbsdə, digəri isə axtarışdadır - Saleh Səmədovla bağlı daha bir xəbər yayıldı
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Şəhid Aydın Nuriyevlə vida mərasimi keçirilib
“Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var" - Sabir Rüstəmxanlıdan qızınn ailəsi haqda açıqlama
Azərbaycan Prezidenti Ermənistanda keçiriləcək sammitə qatılmayacaq
Şirvanda şəhid Cəmil Rəhimov dəfn edilib
"Məmurların hətta xəyanət yoluna düşməsi..." - Eldar Əzizov məmurları topladı, xəbərdarlıq etdi (MÜŞAVİRƏ)
Türkiyənin daha bir nəhəng gölü quruyur - İznik gölündə su 350 metr geri çəkilib (FOTO)
Estoniya xarici işlər naziri Türkiyəyə gedir
İslam Rzayevin bacısı oğlu haqda maraqlı xəbər yayıldı
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısı ilə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovu nə bağlayır?
Vahid Ələkbərov bu şirkətdəki payını satır
SAXLANILAN İCRA BAŞÇISI KİMDİR: kürəkəni ilə mülk davası edən, yoxsa korrupsioner... (YENİLƏNİB)
Ağdərəyə yeni köç olub
"Şəmkir" klubu 1200 manat cərimələnib
Şəhid Elçin Quliyev dəfn edilib
Sabah hava necə olacaq? - Proqnoz
DTX-nin saxladığı icra başçısının qızı görün kim imiş... - FOTO