Ey Emin, ya Abbas - AFFA-da yeni eko-motivasiya (VİDEO)
10-09-2025 [09:39]
Elvin Cəfərquliyev təkcə millinin oyununda can qoymur. Premyer Liqanın (PL) oyunlarında da meydanda 90 dəqiqə can yandırır. Azərbaycan-Ukrayna oyununun əslində qəhrəmanı odu.
Aşağıda sizə PL-in sıradan bir oyunundan video hazırlamışam, onu göstərəcəm. Özünüz qərar verin, o boyda komandada cani-dildən oynayan kimdi.
Yeri gəlmişkən, mia.az xəbər verir ki, futbol üzrə Dünya çempionatının mərhələ turları çərçivəsində dünən öz evində Azərbaycan millisi Ukraynanı qəbul edib və görüş 1-1 hesabıyla başa çatıb. Bəlkə də oyunda qonaqlar daha çox qol vura bilərdi və Elvin kimi oyunçuların sayəsində böyük hesablı məğlubiyyətlərin önünə keçə bilirik.
Bəlkə də Elvin emosionaldı, tələsir hər şeyə. Təbii ki, biz ondan Bəhlul Mustafazadə, Musa Qurbanlı kimi soyuqqanlılıq gözləyə bilmərik. Amma futbol oturub fikirləşmək və diplomatiya məkanı deyil ki. Taktikanı yerinə yetirmək lazımdı, amma ruhunu yüksək tuta bilmirsənsə, heç bir taktikaya uya bilməzsən. Elvinin içindəki üsyan onu 90+ dəqiqə meydanda saxlayır. Qurban Qurbanov deyir ki, indi Elvin kimi meydanda uzunmüddət dözüm göstərən oyunçu tapmaq çox çətindi.
Ukrayna ilə 1-1 hesabı da çox da şey eləməyin deyəcəkdim bu arada. Sadəcə penalti ilə şansımız gətirdi, unutmayaq bunu. Rəqib son dəqiqəyə qədər bizi öz qapımızın önündə gərgin saxladı. Təhlükəli anlar yaşandı. Bizi müdafiədə oturmağa məcbur elədi. İslandiya ilə oyunda Abbas Hüseynov birinci hissədə rəqib qapısının qarşısında nəydisə, Anatoli Nuriyev də dünənki oyunun ikinci hissəsində elə ondan idi.
Bu arada Şevçenko da xoş gəlib, səfa gətirib.
Ay nə bilim, yeni məşqçi, yeni ruh, zad-zud. Həmin adamlar, həmin oyun. Sadəcə, müdafiədə çadır qurub oturdular Şahruddinin yanında ki, qolların sayı çox olmasın. Bir günə motivasiyamı olur, siz Allah? Özümüzünkü gəldi-filan? Milli komanda oyun-oyuncaqdı məgər? Burada işlər ümumi strategiya, ümumi prinsiplər, taktika, nizam-intizamla yürümürmü yəni? Millidə oynamaq hissindən böyük motivasiya varmı? Belə çıxır, bizimkilər Santuşa acıq edib uduzurdular indiyə qədər?
Mən bir dəfə Bədavidən soruşdum ki, siz öz klublarınzda qol vurursunuz, amma milliyə gələndə ayağınız topa çatmır, niyə millinin bayrağına və formasına hörmətsizlik edirsiniz? Bədavi mənimlə razılaşmamışdı. Onun sözlərinə görə, millidə məşqlər gec-gec olur, oyunçular bir-birini az görür, ona görə də koordinasiya yoxdu. Bəhlul da dünən deyir ki, yerli məşqçi ilə motivasiyamız var, bizə rəqib komanda barədə ətraflı məlumat verərək hazırlaşdırdı. Rəhmətliyin oğlu, rəqib barədə məlumatı sizə elə Santuş da verirdi də. İslandiya ilə oyundan öncə Emin Mahmudov demədi ki, Santuş rəqibi bizə tanıdıb? Santuşun sözünə niyə qulaq asmırdınız? Nə oldu, Emin da İslandiyada deyirdi ki, “komandada ab-hava, motivasiya çox böyükdü”. Nəyiniz çatmadı əlavə olaraq?
Oyunçuların heç bir nizam-intizam olmadan hərənin öz daxili atmosferi ilə gününü keçirdiyinə də ən azı təəccüblənirsən.
Bunun nəticəsidi ki, penalti ilə ovunan millinin kapitanı Emin Mahmudov Elvini də özünə qoşaraq azarkeşlərə canlı “ələm” işarəsi göstərir və Qədri-Xumu, şiəliyni, imam Əlini reklam edir. Milli futbol dəyərləri ilə bunu nə əlaqəsi var, deyə bilərsinizmi? Bu nə məzhəbpərəstlikdi? Milli motivasiya deyəndə, bunumu nəzərdə tutublar görəsən? Bu saat bütün məzhəbpərəstlər Eminin “ələm”ini paylaşıb altında “Ya sahibəzzaman, ya Əli” və daha nələr yazır, xəbəriniz varmı, ey mərtəbəyi-möhtərəm AFFA?
Hələ Abbas Hüseynov. Emin əlini ələm edəndə, o, da qaçıb şəhadət barmağını o “ələm”in yanına qoyub əhli-sünnə, səlafi mesajı verir. Biz də varıq burada, - deyə.
Nə gündədi bu milli, ey AFFA?
Mən də deyirəm, milli niyə uduzur. Günah Santuşda deyilmiş. Bunlar məzhəb üzündən yola getmirmiş. Sən indi gəl Əli şiəsi ilə əhli-sünnəyə de ki, pas versinlər bir-birinə, topu çıxarsınlar cərimə meydançasından. Bunun hələ rusu, bəlkə elə ateisti də var. Məsələn, Eminlə Elvin ələm qaldıranda Toral Bayramovun gözü kəlləsinə çıxmışdı. Məzhəbini bilən var onun? Xətrinə dəyən bir söz deməyək. Sonra penaltini kosmosa göndərər.
Bir düz-əməlli, salamat işimiz yoxdu. Sevinəndə də bir əmma çıxarıb qursağımızda qoyurlar.
Bizi deyəsən, axırda ya Eminin ələmi xilas edəcək, ya da Abbasın şəhadət barmağı.
Şəkk eləməyim. Ağzım əyilər.
Zülfiyyə Mustafayeva
Mia.az
Güzəştli mənzillər satışa çıxarıldı - SİYAHI + Qiymətlər
Adada unudulan 80 yaşlı qadın ölü tapıldı - Bir gün sonra...
Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç olub
İsrail atəşkəsi pozdu: 63 nəfər öldürülüb - 24-ü uşaqdır
Azərbaycan nefti ucuzlaşdı - 2 dollar...
AQTA sədri xanım müavinini niyə vəzifədən kənarlaşdırıb? - Dabağ xəstəliyinin "günahkar"ı tapılıb
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
PSJ-nin bir illik gəliri açıqlandı: 837 milyon avro
HƏMAS: "Biz savaş istəmirik, atəşkəsə sadiq qalacağıq"
AK Partiya İsrailin Qəzzada atəşkəsi pozmasını pisləyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sudanda mülki şəxslər öldürülür - Rəsmi Ankaradan etiraz bəyanatı
Keniyada təyyarə qəzası: 8 macar, 2 alman ölüb
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb - Bu Agentlikdə şöbə müdiri imiş...
Hikmət Hacıyev Ayşe Berris Ekinci ilə görüşüb - FOTO
“Kontakt Home” milyonlarla manat borca düşdü - FOTO
Mərc oyunları oynayan hakimlər cəzalandırılacaq - SİYAHI
QƏZZADA ATƏŞKƏS POZULDU, NETAHYAHU ORDUYA "VUR" ƏMRİ VERDİ - HƏMAS cəsədi geri verməyəcək
Prezident İlham Əliyev Zəngilanda - Daha iki kəndin açılışları olub
Qəzzada dağıntılar altından daha bir israilli əsirin cəsədi tapılıb
Bursada İŞİD üzvləri tutulub - 18 nəfər
"Apple"ın dəyəri artıb - 4 trilyon dolları ötüb
Baş nazir: "Emosiyalar heç kəsi çox uzağa apara bilməz"
"Sivasspor" baş məşqçi ilə yollarını ayırıb - AÇIQLAMA
FİFA türk klubunu cəzalandırdı
İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Bakıda taxtalar yığılan ərazi yanır
Ruben Vardanyana yeni vəkil təyin olunub
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
Ceyhun Bayramov Omana gedib
Küləklə bağlı xəbərdarlıq olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb
"Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməli qoyulub - İlham Əliyev tərəfindən
Deputatlar toplanır: 11 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
QARABAĞIN DAHA BİR KƏNDİNƏ KÖÇ OLUB
Prezident avtomobil yolunun açılışında iştirak edib - Cəbrayılda
Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - FOTOLAR
Volkan Dəmirəl bu komandanın baş məşqçisi oldu
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Keçmiş Baş nazir: "Ramiz Mehdiyev..." - VİDEO
Qırmızı Bazar qəsəbəsinə 71 nəfər köçürülüb